Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz - Xəstəni öldürən 5 məqam

17 iyun 2019
311
0
Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz - Xəstəni öldürən 5 məqam
Elə kritik, insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlər təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər. Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər.

Feat.Az
medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir.

1. Arterial qanaxma

Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq. Bu zaman qanaxan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı ya da yaxın xəstəxanaya çatdırmalısız.

Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur.
Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz.

2.Nəfəs borusunda yad cisim qalması

Daha çox uşaqlarda rast gəlinən bu halda onu çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir.
Əgər bacarırsızsa, Qeymlix metodu tətbiq olunur. Bu haqda saytımızda video var. Amma bu effekt vermədikdə xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır.


3.Hipoqlikemik koma

Qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsi. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi döyünür, sifəti qızarır, vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər. Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək.

Təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Əgər təcili yardım 10 dəqiqə gec gəlsə, xəstə komaya düşür. Ona təcili venadaxili qlükoza köçürülməlidir. Evdə və ya yaxında bunu bacaran varsa, dərhal aptekdən qlükoza alıb köçürmək olar.
Hipoqlikemik koma daha çox gənclərdə və diabet xəstələrində olur.

4.Uşaqlarda yalançı inağ

1-6 yaş uşaqlarda infeksiya fonunda yaranır. Əsas təhlükəsi qırtlağın stenozudur ki, tənəffüsü çətinləşdirir. Əvvəlcə inağ kimi hürücü öskürək olur, sonra uşağın ağır nəfəs alması, daha sonra göyərməyə başlaması.

Bu zaman uşağın daha yaxşı nəfəs alması üçün bütün pəncərələri açmalı, isti su dolu vannaya uşağı salmaq lazımdır. Təcili yardım gələnə kimi bunları edə bilməsəniz, maşınla təcili yaxınlıqdakı xəstəxanaya aparılmalıdır.

5.Nəbzin və tənəffüsün dayanması

Bu ağciyər-ürək çatışmazlıqlarında olur. Əgər nəbz var, tənəffüs yoxdursa, deməli nəfəs yolunu təmizləmək, dili çıxarmaq və süni nəfəs vermək lazımdır.
Əgər nəbz də yoxdursa, dəqiqədə 30-40 dəfə olmaqla ürək masajı olunub, süni tənəffüs verilməlidir.

Təcili yardım gələnə kimi bunlar mütləq olunmalıdır.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bürclərin Ayrılma Səbəbləri Nələrdir - Fotolar
13:00
0

Bürclərin Ayrılma Səbəbləri Nələrdir - Fotolar

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası
12:00
0

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası

Klassik Özbək plovu - Resept
11:00
23

Klassik Özbək plovu - Resept

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)
10:00
172

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)

Tarixdə Bu Gün - 23 İyul
09:00
25

Tarixdə Bu Gün - 23 İyul

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)
21:00
785

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)
20:00
3 041

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)
19:00
939

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)

Ümidim Yazılı Şəkilləri 2019 (15)
18:00
690

Ümidim Yazılı Şəkilləri 2019 (15)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ