Türkiyəli həkim açıqladı: Bu qidalarla xərçəngdən qoruna bilərsiniz - SİYAHI

23 Haziran 2019
785
0
Türkiyəli həkim açıqladı: Bu qidalarla xərçəngdən qoruna bilərsiniz - SİYAHI
Türkiyəli cərrah Beyza Özçinar döş xərçənginin müalicəsi istiqamətində aparılan araşdırmaların nəticəsini açıqlayıb.

Feat.Az
medicina.az-a istinadən xəbər verir ki, həkim deyib ki, bəzi qidalarla bu xəstəliyin daha çox yayılmasına mane olmaq mümkündür.

Döş xərçəngi bütün dünyada, o cümlədən Azərbaycanda da geniş yayılıb. Bu, qadınlarda ən çox müşahidə edilən xərçəng növüdür. Bir çox araşdırmaya görə, meyvə yemək döş xərçənginin qarşısını almağa kömək edir.

Həkim B.Özçinar deyib ki, bəzi xərçəng növləri məhz qadınların klimaks dövründən sonra baş qaldırır: "Son araşdırmalara görə, meyvə və tərəvəzlərin xərçəng riskini azaltdığı qənaətinə gəlinib. Quru lobya, noxud kimi qidalar da döş xərçəngi yaranma ehtimalını azaldır. Bundan başqa, meyvələrin tərkibində olan olan antioksidant təsiri olan maddələr də xərçəngə qarşıdır".

Xərçəng riskini azaldan meyvələr

• Limon
• Portağal
• Manqo
• Qreyfurt
• İnnab

Həkimin sözlərinə görə, alma qabığının tərkibində olan flavonoid maddəsi döş xərçəngi hüceyrələrinin böyüməsini ləngidir. Tərəvəzlərdə isə brokoli, Brüssel kələmi, gül kələmi və su tərəsi sözügedən xərçəng riskini minimuma endirir. Hətta çuğundurun yaşıl yarpaqları və kökü xərçəng hüceyrələri üzərində ölümcül təsirə malikdir.

Zəncəfil, sarımsaq və çörəkotu antixərçəng təsirə malikdir.

B. Özçınarın sözlərinə görə, döş xərçənginin müalicəsi üçün yalnız meyvə tərəvəzlər deyil, həmçinin, ədviyyatlar da faydalıdır:
"Xüsusi ilə zəncəfil, sarımsaq, çörəkotunun tərkibində aktiv maddələr var.

Bu ədviyyatların istifadəsi döş xərçənginin yayılmasını əngəlləyir.
Qırmızı bibər antioksidanlar, sərbəst radikalların təsirlərinə qarşı hüceyrələri qoruyur. Antioksidanlar ürək xəstəliklərinə, xərçəngə və digər xəstəliklərə qarşı qoruyur. Bundan başqa, süpürgə darısı, arpa buğda da analoji faydaya malikdir" .

Həkim qeyd edib ki, bu qidaları qəbul edərkən onların orqanik olmasına diqqət etmək lazımdır.

"Döş xərçəngi diaqnozu qoyulan insanlar kimyaterapiya zamanı qida qəbuluna həssas yanaşmalıdır. Mütləq həkimlə davamlı əlaqədə olunmalıdır. Təbii yollarla xərçənglə mübarizə apararkən, dərmanlar əks təsir göstərməsin deyə ehtiyatlı olmaqda fayda var. Müalicə ərəfəsində döş xərçənginin yayılması və təkrar cərəyan etməməsi üçün təbii üsullar daima təsirlidir"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.