Bel, boyun, oynaq ağrılarında faydalı olan təbii RESEPTLƏR

18 Ağustos 2019
841
0
Bel, boyun, oynaq ağrılarında faydalı olan təbii RESEPTLƏR
Bel, boyun, oynaqlarda yaranan ağrılar çoxlarını narahat edir. Bu ağrıların səbəbləri, eləcə də müalicə metodları fərqli, müxtəlifdir.

Bəs bu ağrıları təbii üsullarla aradan qaldırmaq, ağrıları yüngülləşdirmək mümkündürmü?


Həkim-fitoterapevt Fizuli Hüseynov bildirib ki, insan yaşlandıqca sümük və oynaqlarda deformasiya - əyilmə baş verdiyindən oynağa düşən yük artır və ağrılar da çoxalır, oynaqlarda iltihab, artroz, fəqərəarası oynaqlarda sürüşmə və yırtıqlar əmələ gəlir. Oynaqlarda əmələ gələn ağrıların ən çox rast gəlinən səbəbi onurğa fəqərələrində baş verən distrofiya (əhali arasında duzlaşma adı ilə tanınır) və onun son nəticəsi olan osteoxondroz sonra isə artrozdur. Bədəndə maddələr mübadiləsinin pozulması, oynağın qidalanmasının zəifləməsi, oynaq daxilindəki mayenin azalması nəticəsində oynaq qığırdağı distrofiyaya uğrayır, yəni yapıxır və nazikləşir. Nəticədə də oynaqlar bir-birinə sürtülür, qığırdağın tamlığı pozulur, sonda da dəhşətli ağrılar əmələ gəlməyə başlayır.

Cavan yaşlardan oynaqları qorumaqla yaşlananda artrit və artroz kimi oynaq xəstəliklərinə tutulma riskini azaltmaq olar. Bunun üçün birinci növbədə hər gün açıq havada 1 saat yeyin addımlarla gəzmək və bol çiy su içmək önəmlidir.

Oynaq ağrıları zamanı faydalı resept:

Bal - 1 xörək qaşığı

Çay sodası - 1 xörək qaşığı

Naxçıvan duzu - 1 xörək qaşığı

Xardal tozu - 1 xörək qaşığı

Zeytun yağı (rafinə olunmamış) - 1 xörək qaşığı

Komponentlər bir-birinə qarışdırılır, oynağın üstünə çəkilərək sellofanla örtülür, 2 saatdan sonra yuyulub təmizlənir.

Və yaxud 5-10 baş sarımsaq soyulur 20 dəqiqə buxara verilir. 50-100 qram təzə qoyun quyruğu ilə qarışdırılır oynaq üzərinə qoyularaq bağlanılır. Bağlanandan sonra 3 gün oynaqda saxlanılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.