Çuğundur şirəsi uşağın qanını artırmır - PEDİATRDAN VACİB TÖVSİYƏ

13 avqust 2019
175
0
Çuğundur şirəsi uşağın qanını artırmır - PEDİATRDAN VACİB TÖVSİYƏ
Qan insan həyatı üçün lazım olan ən vacib şərtlərdən biridir. Qan azlığından bir çox insan əziyyət çəkir.

Xüsusilə də uşaqlarda qan azlığı müxtəlif problemlər yaradır. Bu zaman isə valideynlər tərəfindən ən çox müraciət edilən müalicə üsulu qan azlığı olan uşaqlara çuğundur şirəsi verməkdir. Amma mütəxəssislər bu kimi vasitələrlə qanın çoxalmasının absurd olduğunu bildirirlər. Bəs qanı az olan uşaqlara hansı qidalar verilməlidir? Feat.az pediatr Aytən İsmayılzadənin bu haqda fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, əgər uşaqda qanazlığı varsa, hemoqlobin 100 q/l-dən azdırsa, bu, çuğundur-alma şirəsi ilə artan deyil. Körpə uşaqlar üçünsə ümumiyyətlə, bu şirə münasib seçim deyil. Mütləq dəmir preparatı təyin olunmalıdır: "Qanazlığının, anemiyanın müalicəsi zamanı təyin olunan dəmir preparatı isə ən az 3 ay müddətində verilməlidir ki, dəmir deposu da tam olsun. Dəmir preparatı kalsium, sink tərkibli preparatlarla birgə qəbul edilməməlidir. Çünki onların qana keçmə kanalı birdir. Hansı qabağa düşə bilsə, o da keçəcək və dəmirin az keçməsi müalicənin effektini azaldacaq".

A.İsmayılzadə bildirir ki, dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə "nəqliyyat növüdür": "Bir az loru dildə izah edim. Dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə sürücüdür. Biz avtobus işləməyəndə metro ilə gedə bilirik, maşınımız xarab olanda taksi çağırırıq. Oksigen isə yalnız bir avtobusu gözləyir ki, mənzil başına - hüceyrəyə çatsın. Bu avtobusun adı eritrositdir (qırmızı qan hüceyrəsi), sürücüsü isə dəmirdir".

Pediatrın sözlərinə görə, ən yaxşı dəmir mənbəyi qırmızı ət, qarabaşaq və keçibuynuzu bəhməzidir. Meyvə-tərəvəz o qədər deyil: "Uşaqlar aşağı hemoqlobinlə yaşamaq məcburiyyətində deyillər. Normal hemoqlobin normal dəmir, normal dəmir isə bol oksigenli yaşam deməkdir. Bol oksigen isə hər şeydir. Dediyim kimi, uşaqda qan azlığı varsa, düşünməyin ki, çuğundur-alma şirəsi içərək, keçəcək. Bunun üçün xüsusi müalicə təyin olunmalıdır. Amma dəmir preparatı verilməsinə baxmayaraq, uşaqda qanazlığı davam edərsə, bu zaman digər problemlər, məsələn, talassemiya kimi xəstəliklər araşdırılmalıdır".
Mənbə:ailem.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (27)
21:00
682

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (27)

20.08.2019 Gündəlik Bürclər (20 Avqust 2019 Günlük Bürclər)
20:00
1 887

20.08.2019 Gündəlik Bürclər (20 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (236)
19:00
763

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (236)

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (25)
18:00
614

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (25)

4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir
17:00
130

4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (2)
15:00
659

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (2)

Siqaret kötükləri təbiəti məhv edir və...
14:00
63

Siqaret kötükləri təbiəti məhv edir və...

Bürclər Haqqında Maraqlı Məlumatlar (578) - Fotolar
13:00
492

Bürclər Haqqında Maraqlı Məlumatlar (578) - Fotolar

Daban çatları üçün təbii müalicə
12:00
167

Daban çatları üçün təbii müalicə

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ