Qarın yağlarından məşqsiz xilas olmağın 5 yolu

01 Eylül 2019
982
0
Qarın yağlarından məşqsiz xilas olmağın 5 yolu
Rusiyanın "MedikForum" saytı qarın yağlarının məşqə getmədən yandırmağın 5 üsulu haqda məqalə hazırlayıb.

Feat.Az
sözgedən yazıda bəhs edilən metodları təqdim edir:

1. Evdə təmizlik işləri görmək.

Alimlərin araşdırmaları göstərib ki, istənilən otaqda 2 saat əsaslı təmizlik işi görmək 600 kalori yandırır. Həqiqətən də, pəncərələri və ya vanna otağını yumaq bizdən müxtəlif bədən əzələlərimizin intensiv halda hərəkətə gətirməyimizi tələb edir.

2. Qorxu filmi izləmək.


Sən demə, artıq çəkidən divandan qalxmadan da azad olmaq olar. Vestminster Universitetinin araşdırmaçıları məlum edib ki, qorxu filmi izləyən insan intensiv şəkildə tərləyir və bu da artıq kalorilərin yanmasına səbəb olur. Keyfiyyətli qorxu filmi ortalama hesabla 184 kalorinin yanmasına gətirib çıxara bilər.

3. Sauna.


Təbii ki, sauna bir çoxlarında xoş hisslər yaradır, nəinki idman zalı. Yeri gəlmişkən, sauna proseduru 50-yə yaxın kalorinin yanmasına səbəb olur. Əlbəttə, insan tərlə daha çox çəki itirir, amma daha sonra su qəbul edir və, demək olar, hər şey öz yerinə qayıdır.

4. Zəncəfil.

Yenicə aparılan araşdırmalar göstərib ki, zəncəfil kökləri bizdə uzun müddətli toxluq hissi yaradır. Bu bitkidən tez-tez istifadə edən insan dah az qida qəbul edir.

5. Paltarsız yatmaq.


Yuxu zamanı daha az geyimdən istifadə bədəniniz üçün xeyirli olacaq. Belə ki, çılpaq bədən üçün qızınmaq çətinləşir və o, daha çox kalori yandırır. Bu, pijamada və ya digər geyimdə yatmaqdan daha xeyirlidir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.