Məktəb çantalarının gətirdiyi bəla - "Skolyoz"dan necə qorunmaq lazımdır?

30 Ağustos 2019
868
0
Məktəb çantalarının gətirdiyi bəla - "Skolyoz"dan necə qorunmaq lazımdır?
Məktəblərin açılması ilə uşaqlar məktəbli çantaları götürməyə başlayacaqlar. Ancaq ağır çantalar uşaq sağlamlığını təhdid edir. Gənc yaşlarda bu ağır yükü götürmək ziyansız ötüşmür.
"Hər 10 uşağın 1-də skolyoz və ya onurğa əyriliyi təhlükəsi üzə çıxır. Ağır çantalar kürək, bel, ayaq və baş ağrısı o cümlədən yuxusuzluğa səbəb ola bilər."

Feat.Az
bildirir ki, bunu medicina.az-a fizioterapevt Reabilitoloq Ramin Quliyev deyib.

"Məktəbə piyada gedən, ağır çantaları uzun müddət daşımaq məcburiyyətində qalan uşaqlarda boyun, kürək, bel və ayaq ağrılarının yanında gərginlik tipi baş ağrıları və yuxu nizamında pozulmalar görülə bilməkdədir. Heç bir ehtiyat tədbiri olmadıqda, müxtəlif xəstəliklər, xüsusilə də skolyoz, mütərəqqi prosesdə baş verə bilər. Məktəb çantalarının ağır olması və tək tərəfli daşınması, səhv oturma mövqeyi, əzələ skelet quruluşuna uyğun olmayan məşq hərəkətləri skolyozun tezləşdirir. Onurğa əyriliyi olan hər 4 uşaqdan biri müalicəyə ehtiyac duyarkən, müalicə ehtiyacı olan qız uşaqlarının oğlanlardan 8 qat daha çox olduğu bilinməkdədir. Ayrıca uşağın əzələ-skelet quruluşuna uyğun idman fəaliyyətlərdə olmaması, məktəbdəki masa və kürsülərin uşağın bədəninə uyğun olmaması və səhv mövqedə oturma skolyoza səbəb olur".

Həkimin sözlərinə görə, uşağınızın vücudu bir tərəfə eyilirsə, artıq həyəcan təbili çalınmalıdır:

"Erkən diaqnoz və müalicə ilə skolyozun qarşısını almaq üçün ilk növbədə məlumatlılığın artırılması lazımdır. Ailələr, uşaqların onurğa əyriliyində erkən fərq etmələri üçün uşaqları nəzarət etməlidirlər. Sürətli böyümə çağına girən 10-12 yaş arası qız uşaqları və 13-14 yaş arası oğlan uşaqlarının ildə 2 dəfə onurğa müayinələri aparılmalıdır. İnkişaf çağının başlanğıcında xüsusilə diş teli taxan, elastik bağ quruluşu olan, ayaq problemləri və yerimə çətinliyi çəkən kilolu uşaq, skolyoz mövzusunda risk qrupunda olduqları üçün daha tez müşahidə lazımdır. İnkişaf çağındakı bir uşaqda başın bir yana əyilməsi, üz və çiyin asimetrisinde pozulma, kürəyin bir hissəsində gözə batan qabarıqlıq, gövdənin bir yana doğru yer dəyişdirməsi, çanaq və omba asimmetriyası, ayaq boyu fərqi, ayaq şəkil pozqnluğu və getmə tarazlığında pozulmalar kimi tapıntılar skolyozun ağla gətirməkdədir . Bu vəziyyətdə uşağın vaxt itirmədən bir müayinənin aparılması və lazımi müalicə planlamasına başlanması lazımdır"


Həkim bildirib ki, ağır və gözəl görünən çantalarin yerinə yüngül, sağlam modelləri seçmək lazımdır:


"Ailələr də buna mütləq diqqət etməlidir. Uşaq evdən çıxarkən ailələr mütləq çantanın ağırlığını nəzarət etməli, çanta lazımından çox ağır olsa yüngülləşdirmək lazımdır. Eyni zamanda ağırlığın balansına da nəzarət etmək mütləqdir. Çalışılmalıdır ki, yük tək tərəfə düşməsin. çanta bir çiyinlə deyil hər iki tərəfli götürülməlidir. O zaman yük paralel şəkildə bölünər".
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.