Acı şokolad yeməyin böyük faydası

04 Ekim 2019
883
0
Acı şokolad yeməyin böyük faydası
Aparılan araşdırmalara görə acı şokolad yemək, depressiya və həyacan riskinin azaldılmasında təsirli olur. Araşdırma, nəşr olunduğu andan etibarən medianın maraq dairəsinə düşdü.

Şokolad yeməyin xoşbəxtliklə bir əlaqəsi olduğunu tez-tez eşidirdik. Bu mövzuda həm müxtəlif araşdırmalar edilmişdi, həm də müşahidələr aparılıb. Elm insanları mövzunu araşdırdı və şokolad yeməyin, xüsusilə də acı şokolad yeməyin əhəmiyyətli bir faydasını kəşf etdi.

Feat.Az bildirir ki, aparılan araşdırmalara görə acı şokolad yemək, depressiya və həyacan problemin həllində son dərəcə faydalı olur. Çox təəssüf ki, bu vəziyyət, ciddi mənada peşəkar kömək tələb edən depressiya və həyacan üçün möcüzəvi bir dərmanımız olduğu mənasını vermir. Bunun da səbəbləri var.

Bu araşdırma daha çox qidalanma forması ilə depressiya arasındakı əlaqəyə yönəlib. Yəni bir səbəb nəticə əlaqəsi göstərməyi məqsəd qoymur. Araşdırmanın nəticəsi, acı şokolad yeyərsinizsə, depressiyaya düşməyəcəksiniz demək deyil, acı şokolad yeyənlərdə depressiya daha az olur deyə təyin oluna bilər.

Bu demək deyil ki, 8 paket şokolad yemək lazımdır. Hər şeyin çoxu zərər olduğu kimi, şokoladın da çox yeyilməsi zərərli olur.
Mənbə:deyerler.org
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.