“Poxmel”in çarəsi tapıldı

26 Eylül 2019
755
0
“Poxmel”in çarəsi tapıldı
Həddindən artıq qəbul edilən spirtli içkinin təsirindən insanda şiddətli baş ağrıları, ürəkbulanma, halsızlıq, susamaq - bir sözlə, hamının "poxmel" kimi bildiyi hallar yaranır.

"Poxmel"lə mübarizədə müxtəlif üsullardan istifadə olunur: Soyuq duş, yaxud isti vanna, bal şərbəti, şoraba suyu içmək, qatıq, isti və sulu xörəklər yemək, qaçmaq, müxtəlif həblər qəbul etmək və s.

Bu günlərdə isə Çinin Sun Yatsen Universitetinin alimləri "poxmel" sindromu ilə mübarizədə yeni üsul tapıblar.

Çinli alimlərin fikrincə, limon şirəli qazlı mineral su alkoqol sərxoşluğunun nəticələrini aradan qaldırmağa daha yaxşı kömək edir. Belə ki, bu qarışıq spirtli içki qəbulu nəticəsində əmələ gələn böyük miqdarda etanol və atsetaldegidin parçalanmasını və bədəndən ixracını sürətləndirən fermentin əmələ gəlməsini stimullaşdırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.