Nəyə görə asqıranda ağız-burunu sıxmaq olmaz? – Beyinə qan sıza bilər

23 Eylül 2019
817
0
Nəyə görə asqıranda ağız-burunu sıxmaq olmaz? – Beyinə qan sıza bilər
Cəmiyyət içində təbii refleks olan asqırma zamanı etiket naminə əllə ağzı və burnu tutmaq mədəni hərəkətdir. Bəzən insanlar utandığından möhkəmdən asqırdıqlarını bildiyi üçün bu zaman ətrafdakılar görməsin deyə burnunu möhkəm sıxır.

Həkimlər bu hərəkətin qətiyyən yolverilməz olduğunu bildirir.
Feat.Az
bildirir ki, insan çox zaman allergik reaksiyalar səbəbindən və zökəm, qrip zamanı asqırır. Belə ki, qaranlıq mühitdən günəşə çıxdıqda gözün torlu qişasına gün şüası düşdükdə, asqırma mexanizmi işə düşə bilir. Məhz bu səbəbdən asqırma təhlükəli ola bilər. Ona görə allergik və infeksion səbəbdən gələn refleksi süni olara qsaxlamaq, geri qaytarmaq olmaz, onlar mütləq bədəndən çıxmalıdır.

Ağzı və burunu sıxaraq asqırma zamanı hansı fəsadlar ola bilər?


Birincisi, asqırarkən ağzı və burnu sıxıb tutub saxlamaq qulaqlarda problem yarada bilər. Belə ki, asqırarkən ağızdan çıxan hava axının sürəti 120m/s çata bilər. Bu zaman ağzı və burnu tutanda, bu havanın təzyiqindən selik və su eşitmə borularına düşə bilər. Nəticədə qulaq borusunun iltihabı baş verir.
Eləcə geriyə düşən təzyiqdən mikroblar alın, haymor ciblərinə, torlu labirintə düşür.

Nəticədə sinusit, haymorit, frontit, sfenoidit kimi iltihabi proseslərə zəmin yaranır.
Üçüncü neqativ təsir asqırmağı daxilə yönəltmək, yəni səssiz asqırmaq kəllədaxili təzyiqi qaldıra bilər.

Əgər insanın təzyiqi yüksəkdirsə, beyin damarları zəifdirsə, trombu varsa, eləcə də vefetativ distoniya varsa, bu hal ona çox pis təsir edə bilər. Hətta kəllədaxili və beyin qanaxması da olması mümkündür. Odur ki, el dilində desək "səbr" gələndə, bir kənara çəkilib, ağzınızı rahat, geniş açaraq, ürəkdən asqırın ki, bütün mikroblu, bakteriyalı su orqanizmdən çıxsın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.