Spermanın tərkibinə müsbət təsir edən MÖCÜZƏ

07 Eylül 2019
1 019
0
Spermanın tərkibinə müsbət təsir edən MÖCÜZƏ
Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir.
Feat.Az
bildirir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər. Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.

Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları olan bu çərəz sinir sistemi üçün çox faydalıdır. Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir.

Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.
Püstə çox faydalı və müalicəvi məhsuldur.

- Püstə sinir sistemi üçün çox faydalıdır - əqli fəaliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq püstəni öz rasionuna daxil etməlidir. Çinlilər püstəni "xoşbəxt qoz" adlandırırlar. Püstə həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

- Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.

- Püstə nəfəs yollarına müsbət təsir edir.

- Püstənin tərkibində olan bəzi nadir maddələr gözlərin sağlamlığını qoruyur.

- Püstə ürəyin və damarların sağlamlığını qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır.

- E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.

- Qara ciyərin sağlamlığını qoruyub saxlamaq istəyirsinizsə, mütləq püstə yeyin.

- Püstə tanınmış afrodiziakdır - kişilərdə potensiyanı yaxşılaşdırır, spermanın tərkibinə müsbət təsir edir.

Nəzərə almaq lazımdır ki, püstəni çox yemək olmaz. Gün ərzində 1 ovuc püstə orqanizmi bir çox faydalı maddələrlə təmin edəcək.

Püstə allergiyaya səbəb ola bilər. Uşaqlarda püstə hətta çox ağır allergik reaksiyaların, hətta anafilaktik şokun inkşafına səbəb ola bilər.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.