Yuxu gətirən qidalar

15 Eylül 2019
886
0
Yuxu gətirən qidalar
Gün ərzində düzgün qidalanmamaq axşamlar yuxuya getməyə mənfi təsir göstərir.

Feat.Az
bildirir ki, qida rasionu yuxu rejiminə birbaşa təsir edir.

Yuxusuzluqla mübarizədə ən effektli qidalardan biri banandır. Yatmazdan qabaq banan yemək yuxuya getməni təmin edir. Melatonin və seratonin hormonları ilə yanaşı, bananın tərkibində olan maqnezium əzələlərə rahatlıq gətirir. Bananı yatmazdan bir-iki saat əvvəl yemək məsləhətdir.

Kartof yuxu üçün faydalı qidadır. Onun tərkibində olan maddələr mədəni yormur və turşuluq səviyyəsini aşağı salır.

Yuxu dərmanını rahatlıqla əvəz edən digər təbii vasitə isə gilas şirəsidir. İki həftə ərzində səhər və axşam turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır. Yuxu dərmanından fərqli olaraq gilas daha səmərəli və təhlükəsizdir.

Tərkibindəki bir sıra vitamin və kalsium nəticəsində badam əzələlərin rahatlığına kömək edir. Axşamlar bir ovuc badam yemək şirin yuxu gətirir.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.