Badımcanın saplaqlarını atmayın, faydalıymış

10 Kasım 2019
825
0
Badımcanın saplaqlarını atmayın, faydalıymış
Badımcan mətbəximizdə çox istifadə olunan ən faydalı məhsullardan biridir.Ondan demək olar ki, bütün fəsillərdə çox istifadə olunan tərəvəzdir.Badımcandan müxtəlif çeşidli yeməklər, turşular, salatlar, hətta mürəbbə hazırlanır.Onun faydaları, şəfa verici xüsusiyyətləri saymaqla bitməz.Badımcanın özü kimi hər zaman tulladığımız saplaqları da faydalıdır.e-tibb.azTürkiyə mediasına istinadən xəbər verir ki, badımcan saplağının çox böyük faydaları var.

Feat.Az
bildirir ki, saplaqlar başda babasil (hemoroid) olmaqla, bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər. Torpaqdan gələn vitamin və minerallar daha çox onun saplağında toplanır. Babasilin təbii yolla müalicəsindən badımcan saplağının suyu dərman, əməliyyat, kimi metodlarla yanaşı istifadə oluna bilər.

Bu şəfalı su göz sağlamlığı üçün də faydalıdır. Göz hüceyrələrinin bərpası, bu orqanlarda yaranan bir sıra problemlərin qarşını almaq üçün badımcan saplaqlarından hazırlanan vasitə yardımçı olur.Saplaqlar dəmirlə çox zəngindir. Qan azlığı səbəbindən yaranan yorğunluğu, stress kimi narahatlıqların qarşını almaq üçün də faydalıdır.

Bundan başqa, həzm sistemində problemi olanlar,reflüks, xora, qastrit, qəbizlik kimi problemlərdən əziyyət çəkənlər, bu sudan faydalana bilərlər.

Saplağın yağ faizi çox az olduğuna görə, tox saxlaya bilir, ona görə də artıq çəki problemindən əziyyət çəkənlərə tövsiyə olunur.

Bundan başqa, həmin su dəri üçün çox faydalı sayılır. Dərinin daha parlaq və gənc görünməsinə kömək edir.

Bəs suyu necə hazırlamaq lazımdır?

10 ədəd badımcan saplağı kəsilib təmiz yuyulur, üzərinə 10 stəkan su əlavə olunur.

Qazanın qapağını bağlayıb yarım saat qaynatmaq lazımdır. Soyudandan sonra həmin suyu 5 gün səhər və axşam acqarına bir stəkan içmək olar.

Suyu bu müddətdə soyuducuda saxlaya bilərsiniz.
Mənbə:deyerler.org
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.