Həyatınızı dəyişəcək on damla qan - Sizi xilas edə bilər

17 Ekim 2019
283
0
Həyatınızı dəyişəcək on damla qan - Sizi xilas edə bilər
Bu gün dünyanın bir çox ölkələrində yeni doğulmuş körpələrdən "daban testi" götürülür. Bu testin götürülməsində məqsəd isə yeni doğulmuş körpədə bir müddət görünməz olan, lakin sonradan özünü biruzə verəcək xəstəlikləri aşkarlamaqdır. Bu cür xəstəliklər sırasına müalicə edilən bilən müxtəlif metabolik və hormonal problemlər də daxildir. Qeyd edək ki, analiz zamanı qan uşağın dabanından götürüldüyündən, buna çox zaman "daban testi" deyilir.

Alimlər sübut edir ki, bu cür üsullarla hətta əqli geriliyi, gələcəkdə ölümə səbəb ola biləcək xəstəlikləri də müəyyənləşdirmək mümkündür. Bu testlər inkişaf etmiş ölkələrdə bir qayda olaraq bütün yeni doğulan körpələrdən götürülür. Xəstəliyin erkən müddətdə aşkarlanması isə ölüm və həyatın iflic olma riskini azaldır, yaxud da aradan qaldırır.

Körpə doğulandan sonra 10 gün 48 saatdan gec olmayaraq götürülən bu testlər onun gələcək həyatı üçün çox önəmlidir.

Artıq bir müddətdir ki, ölkəmizdə, daha dəqiq desək, müxtəlif özəl klinikalarda "daban testi" həyata keçirilir. Bu testin qiyməti isə 150 manatdan başlayır. Dövlət xəstəxanalarında isə hələlik, belə bir proqram icra olunmur. Lakin yaxın aylarda pulsuz olaraq övladını "daban testi"ndən keçirtmək istəyən valideynləri şad xəbər gözləyir.

Feat.Az bildirir ki, baş pediatr Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib: "Bu testlə müxtəlif xəstəliklərə görə erkən diaqnoz qoyulur. Yəni gələcəkdə aşkarlanan xəstəliklərə nəzarət etməklə, müəyyən dərman preparatları qəbul etməklə riskləri azaltmaq mümkündür. Müəyyən pəhrizli qidalarla da xəstəlik aşkarlanan körpəni qorumaq mümkün olur. Əlavə olaraq qeyd edim ki, qalxanvari vəzi funksiyasının anadangəlmə aşağı olması kimi bir sıra xəstəlikləri müəyyənləşdirmək mümkündür".

"Artıq daban testinin dövlət xəstəxanalarında da reallaşdırılması üçün respublikamızda hazırlıqlar aparılır, bunun üçün müəyyən avadanlıqlar əldə olunur. Bütün lazımi işlər yekunlaşdıqdan sonra isə yeni doğulanlarda bir sıra irsi xəstəliklərin diaqnostikası məqsədilə "Skrining proqram"ı (Screening Programme) tətbiq olunacaq. Yəqin ki, öncədən bununla bağlı olaraq hansısa bölgədə bir pilot layihə reallaşdırılacaq. Bu proqram dövlət vəsaiti hesabına baş tutacaq və pulsuz olacaq" - deyə o, əlavə edib.

İl ərzində təxminən 130 mindən artıq körpənin dünyaya gəldiyini vurğulayan ekspertin sözlərinə görə, bunun üçün böyük bir sistemin qurulması o qədər də asan deyil.

Həmsöhbətimiz proqramın nə zaman işə başlayacağı ilə bağlı dəqiq məlumat verə bilməyəcəyini, lakin buna sürətlə hazırlıq görüldüyünü vurğulayıb.

Bu test zamanı xüsusi hazırlanmış kağıza 9-10 damla qan axıdılır. Nəticələr bir həftədən sonra məlum olur. Bu zaman uşaqda ola biləcək 50-dən çox irsi xəstəlik müəyyən edilir.

Sözsüz ki, testin nəticəsi uşaqda bu və ya digər xəstəliyin olduğunu 100 faiz müəyyən etmir. Lakin həkimlər testin nəticəsinə görə, şübhə yaranarsa, valideynə ixtisaslaşmış şöbəyə müraciət etmək üçün göstəriş verə bilərlər.
Mənbə:milli.az
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Səbəbim Yazılı Şəkilləri 2019 (85)
17:00
0

Səbəbim Yazılı Şəkilləri 2019 (85)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
0

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Burun qanaxmasının səbəbləri və müalicəsi
15:00
27

Burun qanaxmasının səbəbləri və müalicəsi

Readers Notes Yazılı Şəkilləri 2019 (16)
14:00
122

Readers Notes Yazılı Şəkilləri 2019 (16)

Bürclər Haqqında Maraqlı Məlumatlar (617) - Fotolar
13:00
124

Bürclər Haqqında Maraqlı Məlumatlar (617) - Fotolar

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri
12:00
64

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

Psixologiya Yazılı Şəkilləri 2019 (11)
11:00
202

Psixologiya Yazılı Şəkilləri 2019 (11)

Unsuz brauni resepti
10:00
51

Unsuz brauni resepti

Tarixdə Bu Gün - 14 Noyabr
09:00
39

Tarixdə Bu Gün - 14 Noyabr

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ