Liftdə, digər qapalı yerlərdə qorxu, həyəcan yaranırsa...

15 Ekim 2019
762
0
Liftdə, digər qapalı yerlərdə qorxu, həyəcan yaranırsa...
Qapalı yerlərdə olanda qorxu, həyəcan hissinin yaranması yəqin ki, çoxlarına tanış haldır. Tibdə bu hal klaustrofobiya adlandırılır. Bu, xəstəlikdirmi? Belə halda nə etmək lazımdır?

Feat.Az
klaustrofobiya barədə psixiatr, uzman həkim Fuad Bəşirovun fikirlərini təqdim edir:

Klaustrofobiya qapalı yerlərdə olmaqdan qorxma və ya həyəcanlanma deməkdir. Sanki çıxış tapa bilməyəcək hissi və boğulacaq düşüncəsi çox zaman hakim olur. Əgər kinoya getdiyinizdə sıxılma, darıxma hissi sizi bürüyür və ordan tez çıxmaq istəyirsinizsə və ya liftə minəndə lazımsız qorxu sizi bürüyürsə, o zaman sizdə klaustrofobiya var deməkdir.

Klaustrofobiyanın əlamətləri nədir?

Baş gicəllənməsi, əsmə, ürək döyüntüsü, nəfəs daralması, ürək bulanması, ölüm qorxusu, bayılma, reallıqdan uzaqlaşma kimi müxtəlif şəkillərdə narahatçılıq yarana bilər.

Klaustrofobiyaya nə səbəb olur?


Tədqiqatlar göstərir ki, klaustrofobiya yaşanan travmadan sonra yaranır. Və ya bu vəziyyətə uzun müddət dar bir yerdə sıxışıb qalma və ya uşaqlıqda fiziki şiddətə məruz qalma səbəb ola bilər.

Klaustrofobiya necə müalicə olunur?


Ən çox istifadə edilən psixoterapiya üsulu koqnitiv davranış terapiyadır. Düşüncə, emosiya, davranışların dəyişdirilməsinə istiqamətlənmiş bu müalicə üsulu psixoterapiya üsulları arasında ən çox istifadə ediləndir. Eyni zamanda həyəcan, stress vəziyyətlərinin yüngülləşdirilməsi üçün dərman müalicəsi də istifadə edilir.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.