Axşam yeməyini gec yeməyin ziyanı yoxdur - Həkimlər belə deyir

03 Ekim 2019
900
0
Axşam yeməyini gec yeməyin ziyanı yoxdur - Həkimlər belə deyir
Həkimlərin əksəriyyəti uzun illərdir, yatmazdan ən azı iki saat əvvəl qida qəbulunu dayandırmağı tövsiyə edirlər. Onlar hesab edirlər ki, insan yatağa uzanana qədər qanda şəkərin səviyyəsi normallaşa bilmir. Bu isə sağlamlıq üçün olduqca ziyandır. Odur ki, axşam yeməyi yatmazdan ən az 2 saat əvvəl yeyilməlidir.

Yaponiyalı alimlərin apardıqları yeni araşdırma isə bu fikrin heç bir əsası olmadığını ortaya çıxarıb.

Feat.Az bildirir ki, Okayama Universitetinin əməkdaşları 1573 könüllünün iştirakı ilə geniş tədqiqat aparıblar. Bir neçə il ərzində bu könüllülər gündəlik rejimləri barədə tədqiqatçılara hesabat verib, müntəzəm olaraq qan analizlərindən keçiblər. İştirakçıların çoxu axşam yeməyi ilə yuxu arasında iki saat fasilə versə də, kişilərin 16, qadınlarınsa 8%-i bu qaydaya əməl etməyib.

Sonradan onların analiz nəticələri tədqiq edilən zaman məlum olub ki, gündəlik qrafikdən asılı olmayaraq, hamısının qanında şəkərin səviyyəsi təxminən eyni olub. Yəni çəki, qan təzyiqi, fiziki məşq, zərərli vərdişlər kimi faktorlardan fərqli olaraq, şam yeməyinin vaxtının qan şəkəri səviyyəsinin dəyişməsinə təsiri yox imiş.

Araşdırma müəllifləri qeyd ediblər ki, axşamlar qida qəbulunun vaxtı sağlam həyat tərzi keçirən şəxslərin səhhətinə heç cür mənfi təsir göstərə bilməz.

Xatırladaq ki, bir müddət əvvəl alman alimləri açıqlama vermişdilər ki, səhər yeməyindən imtina ciddi sağlamlıq problemlərinə yol aça bilər. Belə ki, bu hal diabet olma ehtimalını 55% artırır.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.