Sağlam qidalanma ilə bağlı ənənəvi yanaşmaları rədd edən Yeni ARAŞDIRMA

13 Ekim 2019
746
0
Sağlam qidalanma ilə bağlı ənənəvi yanaşmaları rədd edən Yeni ARAŞDIRMA
İsrail mütəxəssisləri sağlam qidalanma, pəhriz proqramları ilə bağlı maraqlı araşdırma aparıblar.

Feat.Az
bildirir ki, araşdırmanın məqsədi düzgün qidalanmanın heç də həmişə insan sağlamlığına müsbət təsir etmədiyini sübut etmək olub.

Elm adamları araşdırmaya müxtəlif çeşidli yeməklər qəbul edən və bundan narahat olmayan 800 könüllü cəlb ediblər. Onlardan bəziləri sağlam qidalanma naminə qida rasionunu dəyişdiriblər. Digər qrup isə 47 min məhsuldan (burger, şirin, qazlı su və s.) istifadə edərək hər şey yeyiblər.

Mütəxəssislər iştirakçıları bir neçə il diqqətlə izləyiblər və gözlənilməz bir nəticə hasil olub. Müəyyən bir yeməyin növünə reaksiyaların fərdi olduğu aydınlaşıb. Bəlli olub ki, düzgün şəkildə qidalananların arasında özlərini pis hiss edənlər olub. Amma digər qrupdan olub düzgün qidalanmayanlar arasında bu hala rast gəlinməyib.

Bu araşdırma nəticəsində, məşhur "qlisemik indeks" də öz mövqeyini itirib. Belə ki, təcrübənin hər bir iştirakçısı üçün eyni yeməyə cavab olaraq qan şəkərindəki dəyişikliklər fərqli olub. Bu cür müşahidələr, insan düzgün yediyi halda arıqlaya bilmədiyi və ya əksinə, hər şeyi yediyi halda çəkinin artmadığı zaman nəzərə alınmalıdır.

Bəzi yanaşmalara görə, əslində bu nəticələrə çox da etibar etmək olmur. Hə halda bu, bir yanaşmadır. Digər araşdırmalar, yanaşmalar bunu inkar da edə bilər. Ancaq istənilən halda hər kəs özü üçün müəyyən nəticələr çıxarmalıdır. Çünki hər kəsin özünün ərzaq səbəti var. Hamı özü qidalanma ilə bağlı təhlil etməli, özü sağlam qidalanma necə olmalıdır, bunu müəyyənləşdirməlidir. Dietoloqların hamı üçün eyni menyu təyin etməsi və hamının buna əməl etməsi çox yanlışdır.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.