Kontakt linzalar və eynəklərdən istifadə qaydası

01 Kasım 2019
860
0
Kontakt linzalar və eynəklərdən istifadə qaydası
Uzun müddət eynək taxanlar üçün linzadan istifadə etmək sadə olaraq xilas kimi görünə bilər və ya linza eynək taxmağa qarşı kompleksi olanların seçimi olur. Amma eynəkləri taxıb-çıxarmaq, onların qayğısına qalmaq asandır və heç bir xəstəlik eynək taxmağa mane ola bilməz.

Mütəxəssislər tövsiyə edirlər ki, şəkərli diabet, gözün xroniki allergiyası, fitoz və digər xəstəliklər olduqda linzadan istifadə etmək məsləhət deyil. Eynəyi bir neçə ildə yalnız bir dəfə dəyişmək olar. Bununla belə eynəyin də bəzi mənfi xüsusiyyətləri var. Məsələn, eynəklə aktiv idmanla məşğul olmaq çətinləşir. Optik eynəklə gün eynəyi taxmaq olmaz.

Eynəyin müsbət tərəfləri də var. Feat.Az bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova deyib: "Kontakt linzadan bir neçə saatlığa istifadə etmək olar. Elə adamlar olur ki, bir gözündə görmə qüsuru var, o biri gözü yaxşı görür. Belə halda eynək taxmaqdansa kontakt linzadan istifadə etmək daha məqbuldur".

Beynin eynəyi daha rahat qavradığını deyən həkim-oftalmoloq linza istifadə edənlərə bəzi tövsiyələr də verib: "Estetik məqsədlə rəngli linzalardan istifadə etmək istəyənlər də olur, lakin onu aşırı dərəcədə çox taxmaq olmaz. Kontakt linzaları taxanda gigiyena qaydalarına əməl edilməlidir".

Linzalar eynək forması seçməkdə çətinlik çəkənlərin də köməyinə gəlir. Linza taxarkən onun ətraf mühitə həssas olub-olmamasına diqqət yetirmək vacibdir. Məsələn, tüstülü yerə gedəndə linza tüstünü hiss edən kimi gözlərdə qıcıqlanma yaradacaq. Həmin problemi həll etmək üçün birgünlük linzalardan istifadə etmək lazımdır. Eynək və ya linza taxılması hər bir halda həkim-oftalmoloqun məsləhəti ilə edilməlidir.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.