Elektron siqaretin zərərləri – Türk professor həyəcan təbili çalır

30 Ekim 2019
81
0
Elektron siqaretin zərərləri – Türk professor həyəcan təbili çalır
Son illər dəbə minən, zərərinin az olduğu iddia edilən elektron siqaret mütəxəssislərin araşdırma mövzusuna çevrilib.

Həqiqətənmi bu siqaretlər ziyansızdı? Acıbadem Adana Xəstəxanasının Kardiologiya sahəsi üzrə professoru Alpay Turan Sezgin "ziyansız" elektron siqaretlərin sağlamlığa vurduğu zərərləri izah edib.
Feat.Az
həmin yazını sizə təqdim edir:

Siqaret ürək-dama, xərçəng, damar tıxanması və sonsuzluqla bərabər 50-dən çox xəstəliyin yaranmasına səbəb olur. Buna görə siqaret çəkən insanlar bu vərdişdən ən qısa müddətdə imtina etməlidir. Ancaq son illərdə bir çox insan siqaret vərdişinin qarşısını almaq əvəzinə elektron siqaretə müraciət edir. Deyildiyi kimi heç də zərərsiz olmayan elektron siqaretləri ən çox siqareti tərgidə bilməyən insanlar istifadə edir. İstifadəçilərin 1/3 hissəsini isə əvvəllər siqaret çəkməyən və ya siqareti təgitmək istəyənlər təşkil edir.

Elektron siqaretdə nikotin
Elektron siqaret boru içərisində maye, əsas tərkib hissəsi gliserol və ya propilen qlikol, nikotin, bəzən də ətirli aromatlardan ibarət olan bir cihazdır. Həmin qarışığı qızdıraraq tüstü halında xaric edir. Elektron siqaretlərdə istifadə olunan hər bir qarışıqda nikotin ola bilməz və ya miqdarı tələbə görə dəyişə bilər. Ancaq, satışda olan elektron siqaret markalarının əksəriyyətində nikotin var. Nikotini ehtiva edən tüstünün qəbul edilməsi ilə bədəndəki nikotin səviyyəsi 5 dəqiqə ərzində ən yüksək həddə çatır. Bu isə həyəcan təbili, həyat üçün risk deməkdir.

Tərkibində qadağan olunmuş maddələr var
Qliserin, propilen glikol və ətir ifraz edən aromatlar gündəlik yediyimiz qidaların hazırlanmasında da əlavə maddələr kimi istifadə olunur. Bu maddələr ağız vasitəsilə qəbul edildiyi üçün sağlamlığa təhlükə yaratmır. Ancaq tənəffüs yollarına siqaret, qəlyan və ya elektron siqaretlər vasitəsilə qəbul edildikdən sonra yarada biləcəyi fəsadları saymaqla bitməz. Heyvanlar üzərində keçirilən sınaqlar vasitəsilə sübut edilmişdir ki, gliserol uzun müddətli qəbul edildikdə xərçəng qabağı simptomlarda pozulmalar başlayır. Satışda olan elektron siqaretlərin tərkibindəki aktiv maddələrdə qliserin və ya propilen glikol əvəzinə yüksək miqdarda, istehlakı qadağan edilmiş etilen glikol vardır.

Elektron siqaretin tüstüsü də zərərlidir
Elektron siqaretlərdə ətirli qoxu verən tütünün tərkibindəki aromatlar aldehid quruluşuna malikdir. Bunların bəzilərinə qarşı bədəndə xüsusi bir reaksiya var. Yenə bir laboratoriya tədqiqatında elektron siqaretin və normal siqaretin tüstüsünün tənəffüs yollarına həmçinin ağciyərlərə zərərinin bərabər nisbətdə olduğu aşkar edilmişdir.
Potensial kanserogen olduğu bilinən zəhərli maddələr elektron siqaretlərdə adi siqaretlərdən daha az olsa da, hər halda var.
Siqareti dayandırmağa kömək etmir
Elektron siqaretin adi siqaretin qarşısını almağa kömək edib-etməməsinə dair ən böyük araşdırma 700 nəfərdən ibarətdir. Tədqiqat nəticəsində qruplar arasında siqareti buraxmaq baxımından statistik fərq olmadığı qənaətinə gəlinib. Buna görə elektron siqaretin adi siqaretdən xilas olmaq üçün kömək etdiyinə dair kifayət qədər dəlil yoxdur.
Mənbə:medicina.az
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (337)
21:00
460

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (337)

12.11.2019 Gündəlik Bürclər (12 Noyabr 2019)
20:00
1 099

12.11.2019 Gündəlik Bürclər (12 Noyabr 2019)

Seksoloqa 8 vacib sual: “Necə edək ki, seksual olaq?” – Utanıb soruşmadıqlarınız
19:00
337

Seksoloqa 8 vacib sual: “Necə edək ki, seksual olaq?” – Utanıb soruşmadıqlarınız

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (317)
18:00
497

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (317)

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (55)
17:00
505

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (55)

Mədə yanması - Qarşısını alan ən effektiv üsullar
15:00
105

Mədə yanması - Qarşısını alan ən effektiv üsullar

Sənmən Yazılı Şəkillər 2019 (15)
14:00
635

Sənmən Yazılı Şəkillər 2019 (15)

Bürclər Necə Sevgili İstəyir - Foto
13:00
322

Bürclər Necə Sevgili İstəyir - Foto

Diş implantları təhlükəli imiş - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
12:00
66

Diş implantları təhlükəli imiş - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ