Prostat genişlənməsi – Əksər kişilərin “qorxulu yuxusu” – Əlamətləri, müalicəsi

31 Ekim 2019
121
0
Prostat genişlənməsi – Əksər kişilərin “qorxulu yuxusu” – Əlamətləri, müalicəsi
Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və o kişinin spermasının gəlməsini təmin etməkdir.

Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı isə prostat genişlənməsidir.
Feat.Az
bildirir ki, tədqiqatlar göstərir ki, prostat genişlənməsi 50 yaşa qədər kişilərin 25%, 50-80 yaş arası kişilərin isə 90% -də baş verir.

Prostat, kişi hormonu olan testosterona həssas bir orqandır. Testosteron səviyyəsinin ən aşağı düşdüyü zaman prostat vəzinin qocalıq dövründə genişlənməsi buna əyani sübutdur.

Xəstəliyin səbəbləri:
Prostat genişlənməsinin dəqiq səbəbi bilinməsə də, ən geniş yayılmış səbəbi yaşlanmadır. Xəstəliyin yaranmasında genetik faktorlarda əsas rol oynayır. Ailədə kimdə olubsa, gələcəkdə övladında da bu xəstəlik baş verə bilər.
Bundan əlavə, bəzi ətraf mühit amilləri və qidalanma ilə əlaqəsi araşdırılsa da, o qədər də tutarlı nəticə alınmayıb.
Son illərdə piylənmə və prostat genişlənməsi arasındakı əlaqəni göstərmək üçün tədqiqatlar aparılmışdır. Buna görə artan bədən çəkisi, bədənin kütlə indeksi və göbək ətrafı ilə prostat ölçüsünün artmasının əlaqəli olduğu göstərilmişdir.
Qırmızı ət, yağ, karbohidratlar, quş əti ilə qidalanma prostat vəzinin böyüməsi riskini artırır
Tərəvəz, doymamış yağ turşuları, linoleik turşu, D vitamini və müntəzəm məşqlər prostat genişlənməsi riskini azaldır.
Prostat böyüdükcə sidik kanalının qarşısını kəsir və sidiyin bədəndən xaric olunmasına maneə törətməyə başlayır. Prostat vəzi genişləndikdə sidik kisəsi tamamilə boşala bilmir və qalan sidik təkrarlanan infeksiyalara və böyrək funksiyasının daimi pozulmasına səbəb ola bilər. Tıxanma dərəcəsindən asılı olaraq xəstələrdə sidiyə düzgün çıxa bilməməklə bağlı şikayətlənmə halları olur.

Əlamətləri:
Sidik axımının intensivliyinin azalması,
Sidiyə çıxmaqda çətinlik,
Sidiyin kəsilməsi,
Sidik kisəsində tez-tez yalançı simptomlar,
Yerinə işəmə,
Gecə tez-tez tualetə getmə və s.

Diaqnostik metodlar:
Yuxarıdakı şikayətləri olan xəstələr tez bir zamanda həkimə müraciət etməli və müayinə olunmalıdır. PSA (Prostat spesifik antigen) təhlili, sidik analizi, rektal müayinə və zəruri hallarda əlavə müayinə metodları prostat genişlənməsinin xoşxassəli olduğunu aşkar edə bilər. Əgər bu müayinələrdə hər hansı bir problem yoxdursa, xəstəyə prostat genişlənməsi diaqnozu qoyulur. Prostat genişlənməsinin dərəcəsini təyin etmək üçün ultrasonoqrafiya müayinəsi aparılır. Prostatın genişlənmə dərəcəsindən asılı olaraq, müalicə növü dəyişir, tibbi müalicə (dərman) və ya cərrahi müalicəyə (prostat əməliyyatı) qərar verilir.
Bundan əlavə, prostat genişlənməsindən asılı olaraq sidik kisəsi daşları, sidik yolunda təkrarlanan qanaxma, tez-tez sidik yollarının iltihabı və sidik kəsilməsi olan xəstələr mütləq əçəliyyat edilməlidir.
Əməliyyat edilməsi planlaşdırılan xəstənin yaşı, istifadə etdiyi dərmanlar, varsa əlavə xəstəliklər və prostatın ölçüsü nəzərə alınır.

Prostat genişlənməsini müalicə etmək üçün istifadə olunan üsullara daxildir:
Tibbi müalicə
Prostat əməliyyatı
Klassik cərrahi üsullar
Lazer cərrahi üsulları
Prostat prostat genişlənməsini müalicə etmək üçün istifadə edilən dərmanlar
Açıq Prostatektomiya
Prostat ölçüsü 100 qr və ondan yuxarı olan xəstələrdə açıq prostat əməliyyatı edilə bilər. Bu əməliyyatda xəstənin dərisi, dərialtı toxumaları və sidik kisəsi açılır və prostat barmağın köməyi ilə çıxarılır.
Əməliyyat zamanı yüksək qanaxma riski olduğuna görə əvvəlcədən ehtiyat qan kisələri hazır saxlanılmalıdır. Əməliyyatdan sonra uzun müddət xəstəxanada, həkim nəzarətində qalmalıdır.
Mənbə:medicina.az
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (337)
21:00
179

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (337)

12.11.2019 Gündəlik Bürclər (12 Noyabr 2019)
20:00
550

12.11.2019 Gündəlik Bürclər (12 Noyabr 2019)

Seksoloqa 8 vacib sual: “Necə edək ki, seksual olaq?” – Utanıb soruşmadıqlarınız
19:00
196

Seksoloqa 8 vacib sual: “Necə edək ki, seksual olaq?” – Utanıb soruşmadıqlarınız

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (317)
18:00
401

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (317)

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (55)
17:00
387

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (55)

Mədə yanması - Qarşısını alan ən effektiv üsullar
15:00
91

Mədə yanması - Qarşısını alan ən effektiv üsullar

Sənmən Yazılı Şəkillər 2019 (15)
14:00
529

Sənmən Yazılı Şəkillər 2019 (15)

Bürclər Necə Sevgili İstəyir - Foto
13:00
286

Bürclər Necə Sevgili İstəyir - Foto

Diş implantları təhlükəli imiş - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
12:00
56

Diş implantları təhlükəli imiş - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ