Yaddaşı gücləndirən 6 qida

19 Ekim 2019
896
0
Yaddaşı gücləndirən 6 qida
Hər gün kifayət qədər su içmək ən vacib qidalanma qaydalarından biridir. Çünki bədəndə su miqdarı azalarsa bundan ilk təsirlənəcək orqan beynimizdir. Buna görə gündə ən az 8-10 stəkan su içmək vacibdir! Feat.Az bildirir ki, beynimizin sağlam qalması üçün bir vacib məqam da düzgün və balanslı qidalanmaqdır.

Yaddaşsızlıq, zehni yorğunluq, diqqətin azalması bu gün uşaqdan böyüyə kimi bütün yaş qruplarında tez-tez rast gəlinən sağlamlıq problərindəndir. Beyin sağlamlığının qorunması üçün insan, tərkibində vitamin və mineralların bol olduğu qidalardan daha çox istifadə etməlidir.

Yaddaşı gücləndirmək və stabil qidalanmanı nizamlamaq üçün nə etmək və hansı qidalara üstünlük vermək lazımdır?

Balıq


Beyin sağlamlığını qorumaq və gücləndirmək üçün lazım olan Omega-3 maddəsi ilə zəngindir. Beyin toxumalarının böyük bir hissəsi yağ turşularından ibarətdir və Omeqa -3 yağların əriməsinə, sinirlər arasında daha yaxşı əlaqə yaratmağa və beyin həcminin qorunmasına kömək edir. Balıq yağı qəbul etmək yaddaşın bərpası ilə birlikdə görmə qabiliyyətinidə inkişaf etdirir. Beyinin inkişafı üçün həftədə ən azı iki dəfə kalori dəyəri az olan, Omeqa-3 ilə xeyli zəngin olan balıq və balıq məhsullarından istifadə etməyiniz məsləhətdir.

Yumurta


Bədənimiz üçün zəruri olan ən keyfiyyətli zülal mənbəyidir. Xüsusilə beyin hüceyrələrinin inkişafına kömək edərək funksionallığı artırır. Yumurtanın tərkibində "B vitamin"inə daxil olan kolin maddəsi var. Kolin isə beyin hüceyrələrinin yenilənməsinə təsir göstərir. Yumurtadaki amin turşuları əqli və nevroloji pozuqluqların qarşısını almaq üçün nevrotransmitter balansını qoruyaraq hüceyrə funksiyası ilə qarşılıqlı təsir göstərir. Zəkanızın inkişaf etməyini istəyirsinizsə, hər səhər bir yumurta yeməyi unutmayın.

Bütün taxıl məhsulları

Beynin inkişafının və güclü yaddaşın bərpa edilməsinə kömək edən B qrupu vitaminləri ilə zəngin olan taxıl məhsulları gündəlik həyatımızda istifadə etdiyimiz qida növlərindən biridir. Buğda unundan hazırlanan çörək, B vitamini mənbəyidir. Bu qrup vitaminlər sinir hüceyrələrinin düzgün işləməsində, sinir mesajlarının sinir mərkəzinə vaxtında və dəqiq ötürlülməsində iştirak edir. Xüsusilə B6, B12 qanda homosistein artımını dayandırır və alzheimer xəstəliyi riskini azaldır.

Qoz

Omega 3 və 6 yağ turşuları, fosfor, kalsium, kalium, və digər dəmir elementləri ilə zəngin olan qida növüdür. Elmi araşdırmalar qozun yaddaş, qavrama və öyrənmə qabiliyyətlərini yaxşılaşdırdığını sübut etmişdir. Gündə 3-4 qoz yemək beyin inkişafı üçün vacibdir. Uşaqlara isə gün ərzində 2 bütöv qoz və ya fındıq, omeqa 3 tərkibli badam yedirməyiniz məsləhətdir.

Qatıq

Zəngin kalsium mənbəyi olan qatıqda tirozin maddəsi vardır. Tirozin yaddaşı bərpa edir . Gündə ən azı 2 porsiya qatıq və ya digər süd məhsulları qəbul etməyiniz məsləhətdir.

Fıstıq

Sinir sisteminin sağlam fəaliyyətinə, yaddaşın inkişafına kömək edir. Ancaq fıstıq allergik xüsusiyyətə və yüksək kalori dəyərinə malik olduğuna görə hər adama tövsiyə olunmur. Buna görə də gün ərzində 15-20 ədəd yeməyiniz məsləhətdir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.