Qəbizlikdən əziyyət çəkənlər - Bu qidalardan uzaq durun

18 Aralık 2019
674
0
Qəbizlikdən əziyyət çəkənlər - Bu qidalardan uzaq durun
Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün olmayan qidalanma nəticəsində inkişaf edir. Bu halda qidalanmada müəyyən dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.

Feat.Az
bildirir ki, qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.

Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:

- ət və balıq konservləri

- hisə verilmiş qidalar (ət, balıq, kolbasa)

- ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye

- zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları azaltmaq lazımdır

- büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)

- bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)

- çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi

- alma və üzüm şirələri

- makaron məmulatları

- süd. Lakin süd məhsulları (kefir, kəsmik, asidofilin və s.) qəbizlik zamanı əksinə faydalıdır

- tünd qəhvə və tünd çay

- manna yarması, aş düyüsü

- paxlalılar (lobya, noxud, mərci)

- şokolad

- mayonez, ketçup

- bərk bişirilmiş yumurta
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.