Sağlamlıq üçün ən qiymətli məhsul: Yerkökünün Faydaları

04 Şubat 2020
611
0
Sağlamlıq üçün ən qiymətli məhsul: Yerkökünün Faydaları
Qida mütəxəssisləri yerkökünü insan sağlamlığı üçün ən faydalı və qiymətli məhsullardan biri kimi qiymətləndirirlər.

Ucuz və əlçatan yerkökü bir çox faydalı xüsusiyyətlərlə zəngindir.

Feat.Az
yerkökünün faydalarını sizə təqdim edir:

- Görməyə müsbət təsir edir

Beta-karotinlə zəngin olan kök görmə apparatının sağlamlığını qoruyur, katarakta və digər yaşlanma ilə bağlı olan göz xəstəliklərinin riskini azaldır.

- Xərçəngdən qoruyur

Kökün tərkibində olan "falkarinol" adlı maddə orqanizmə güclü xərçəng əleyhinə təsir edir. Araşdırmalar göstərir ki, kökün müntəzəm istehlakı yoğun bağırsaq, ağciyər və süd vəzi xərçənginin riskini azaldır.

- Qocalmanı ləngidir

Antioksidantlar sayəsində kök orqanizmdə gedən qocalma proseslərini ləngidir.

- Dəriyə müsbət təsir edir

A vitamini (beta-karotin) dəri üçün ən vacib vitamindir. A vitaminin çatışmazlığı zamanı dəri quru və zəif olur, üzərində ləkələr əmələ gəlir, qırışlar artır və dərinləşir.

Beta-karotinlə zəngin olan kök dərinin vəziyyətini yaxşılaşdırır.

- Ürək üçün faydalıdır

Bildiyimiz kimi, kalium ürəyin sağlamlığı üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan kök ürək üçün çox faydalı sayılır.

- Qaraciyəri möhkəmləndirir

Elmi araşdırmalar göstərir ki, kökün qaraciyərdə gedən patoloji prosesləri ləngitmək xüsusiyyəti var.

Mütəxəssislər yerkökünü hər gün yeməklərə, salatlara əlavə etməyi tövsiyə edirlər. Bununla siz sağlamlığınıza çox böyük fayda verə bilərsiniz. Salatlara əlavə etdikdə mütləq az miqdarda yağ və ya xama da əlavə edin ki, bu halda kökün tərkibində olan vitaminlər orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.