Anemiyadan təzyiqə qədər bir çox xəstəliyin çarəsi - Quru meyvələr

24 Mart 2020
123
0
Anemiyadan təzyiqə qədər bir çox xəstəliyin çarəsi - Quru meyvələr
Sağlamlığa faydalı olan lifli hissələrin qurudulmuş meyvələrdə daha çox olduğunu bildirən mütəxəssislər, bu ərzaqların mütləq qidalanma menyusuna daxil edilməsinin lazım olduğunu bildirirlər.

Feat.Az
bildirir ki, quru meyvələr xərçəngdən təzyiqə, anemiyadan göz yorğunluğuna qədər bir çox xəstəlikdən qorumaq gücünə malikdir.

Quru ərik
Həzm problemlərini yaxşılaşdırır. Stress və qanazlığının qarşısını alır. Tərkibindəki A vitamini dəri qüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Tərkibi həm də kaliumla zəngindir.

Kişmiş
Yaxşı enerji mənbəyidir. Bəlğəm gətirən təsirinə görə tənəffüs problemləri olan xəstələrə tövsiyə edilir. Gündə 10 dənə üzüm qurusu təzyiqi azaltmaqda olduqca təsirlidir. Bu baxımdan, iltihablara qarşı da immunitet sistemini gücləndirir.

Alma qurusu
Xüsusilə, qatıqla yedikdə zəhərlənmə nəticəsində baş verən ishal zamanı güclü təsirə malikdir. Yenə lifli xüsusiyyəti sayəsində tox saxlayır. Gözlərinizi yoran işdə çalışırsınızsa, hər gün bir ovuc quru alma yemək yaxşı təsir edir.

Xurma
Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.

Quru tut
Qan yaratmaqda və qızdırma əleyhinə əsrlərdir istifadə edilən quru tut əsl vitamin mənbəyidir. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Bundan başqa, quru tut ağız qoxusunu da yox edir.

Quru gavalı
Tərkibinə bol miqdarda B1, B2, B3, B6, A, C və E vitaminləri daxildir. Xərçəng və qocalmaya qarşı qoruyucu təsirə malik quru gavalı tərkibindəki zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə müsbət təsir göstərir.

Quru əncir
Yağ, sodium, xolesterin tərkibli olmadığı, hətta, yüksək dərəcədə lifli sayıldığı üçün arıqlamağa kömək edir. Tərkibi protein miqdarı baxımından kasaddır, turşu baxımından isə zəngin. Bu səbəbdən hüceyrə inkişafını dəstəkləyir. Boğaz ağrısı və bronxiti aradan qaldırmaq gücünə malikdir. Bədəni yeniləməkdə fəal rol oynayır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər