Bu yaşdan sonra hər gün isti şokolad için - Mütləq oxuyun

30 Mart 2020
705
0
Bu yaşdan sonra hər gün isti şokolad için - Mütləq oxuyun
Aparılan araşdırmalara görə, qış aylarının ən məşhur təamlarından olan isti şokolad yaşlanan insanları cavan saxlayır.

Feat.Az
bildirir ki, onun tərkibindəki kakao ayaqlarda qan dövranını sürətləndirir.

Daimi isti şokolad içənlər daha uzun müddət piyada gəzə bilirlər. İsti və ya tünd şokoladda katehin adlı maddə var.

Tədqiqatçılar katehinin qan dövranına təsir göstərdiyini və daha uzun gəzə biləcəyini düşünürlər. İngiltərədə 60 yaşdan yuxarı insanların beşdə birində arteriya daralma problemi var. Bu da gəzinti zamanı ayaq əzələlərində ağrı, gərginlik və kramplara səbəb olur.

Periferik arteriya xəstəliyi ürək çatışmazlığı qədər pisdir. Ayaq əzələlərinə kifayət qədər qan getmir. Araşdırmalar göstərib ki, kakao əzələləri qoruyur və maddələr mübadiləsini yaxşılaşır.

Tədqiqatlarda 60 yaşdan yuxarı 44 nəfər müayinə edilib. İştirakçılar 6 ay ərzində gündə 3 dəfə bir stəkan isti şokolad içiblər. Piyada gəzinti gücü araşdırmadan əvvəl və altı ay ərzində ölçülüb.

İsti şokolad içənlər altı aylıq araşdırmanın sonunda aparılan gəzinti sınağında 42,6 metrə qədər gediblər.
Mənbə:teleqraf.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.