Mütəmadi olaraq kəsmik yeyilməlidirmi?

08 Haziran 2020
625
0
Mütəmadi olaraq kəsmik yeyilməlidirmi?
Kəsmik, xüsusilə ətdən imtina edənlər üçün yüksək keyfiyyətli zülalın ən yaxşı mənbəyi hesab olunur.

Feat.Az
bildirir ki, süd içindəki zülal asanlıqla həzm olunur, buna görə yüngül yeməklər və sağlam səhər yeməyi üçün idealdır.

Tərkibində B vitaminləri çox olduğu üçün kəsmikdən müntəzəm istifadə maddələr mübadiləsini sürətləndirməyə kömək edir və orqanizmdə biokimyəvi reaksiyaları stimullaşdırır.

Bu qrup vitaminləri beyinin daha yaxşı fəaliyyətinə, dəmirin mənimsənilməsinə kömək edir, zülalların, yağların, karbohidratların və amin turşularının istehsalını və metabolizmanı tənzimləyir.

Kəsmikin kalsium (gündəlik normanın 28%) və D vitamini ilə zəngin olması təkcə sümük, dırnaq və tüklərə müsbət təsir göstərmir, həm də hormonal tarazlığı tənzimləyir, aybaşı dövrünü sabitləşdirir və təhlükəli xəstəliklər riskini azaldır. Tərkibindəki maqnezium qan təzyiqini idarə edir və qan laxtalanmasından qoruyur.

Bundan əlavə, təzə evdə hazırlanmış kəsmikin tərkibində natrium, flüor, sink, mis, dəmir və kalium var. Laktik turşu bakteriyaları həzmi normallaşdırır, bağırsaq mikroflorasını bərpa edir və mədədəki narahatlıq hissini aradan qaldırır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.