Sodanın bilmədiyimiz faydaları: Dəridə qaşınma, göbələk varsa...
Dəridə olan qaşınmaları-eqzamanı sakitləşdiririr
Soda qələvi xassəyə malikdir, su ilə birləşdikdə suyu qələvi bir maye halına gətirir. Sodalı su ilə duş qəbul etmək təkcə dərini yumşaltmır, bədənə daha çox fayda verir. Araşdırmalara görə, natrium-karbonat istifadəsi qaşıntıları aradan qaldırır və yüngülləşdirir. Ancaq sodanı isti yox, ilıq suya qatmaq tövsiyə olunur.
Əzələ ağrılarını yüngülləşdirir
Karbonatlı su ilə duş qəbul etməyin başqa bir faydası ağrıyan əzələləri sakitləşdirməkdir. Sodaya duz da əlavə edərək daha çox təsir əldə etmək olar. Həftədə bir dəfə bu qarışıqla yuyunmaq tövsiyə edilir.
Bədəndə detoks təsiri yaradır
Heç bir səbəb olmadan yaranan yorğunluq zamanı natruim-karbonatlı su ilə yuyunmaq sayəsində bədən canlanır və detoks effekti yaranır.
Pis qoxunu aradan qaldırır
Sodalı su soyuducuda, otaqlarda olan pis qoxuları udma qabiliyyətinə malikdir. Eləcə də sodalı su ilə yuyunmaq bədəndə olan arzuolunmaz qoxunu da aradan qaldıra bilir.
Göbələk xəstəliyində faydalıdır
Soda dəri və dırnaq göbələkləri ilə də mübarizə aparır. Sodalı su dəri və dırnaq göbələklərini həll etməyə kömək edəcək bir xüsusiyyətə malikdir.