Payızda immuniteti gücləndirən QİDALAR

24 Ekim 2020
548
0
Payızda immuniteti gücləndirən QİDALAR
Parlaq sarı-narıncı rəngli qidalarda olan beta-karoten maddəsi xəstəliklərdən xüsusilə qoruyur.

Feat.Az xəbər verir ki, bu sözləri dietoloq Marina Apletayeva deyib. O, payızda immuniteti gücləndirməyin və bədəni mövsümi xəstəliklərdən qorumağın yollarından danışıb:

"Rasiona sarı-narıncı tərəvəzlər əlavə etməyə çalışın: portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü, qovun və s. Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir. Onun sayəsində bakteriya və viruslar orqanizmə daha az daxil olacaq.

Sarı-narıncı qidalara əlavə olaraq bu vitamin süd məhsullarında da mövcuddur. Lakin yağ miqdarı yüksək olduğundan az miqdarda istehlak edilməlidir. Həmçinin bu faydalı element bədəndə saxlanılma xüsusiyyətinə malikdir, ehtiyac olduqda bədənin müdafiəsinə qalxır.

C vitamini eyni dərəcədə vacibdir. Ancaq C vitamini ehtiyatını təmin etmək çətindir, amma çox faydalıdır: hüceyrə immunitetinə təsir göstərir, bədəni zərərdən qoruyur, oksidant sayılır".
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.