Bu əlamətlər varsa insulin dirənciniz ola bilər - Diqqət

12 Nisan 2021
410
0
Bu əlamətlər varsa insulin dirənciniz ola bilər - Diqqət
İnsulin dirəncinin ən önəmli göstəricisi aclıq metobalizmasıdır.

Feat.Az
xəbər verir ki, həkimlər bildirirlər ki, yemək yedikdən sonra tez acma, doyma hissinin gec yaranması, tez-tez şirniyyat istəmək, əllərdə soyuqluq və titrəmə, sürətli çəkialma, yorğunluq və halsızlıq ən çox görünən xüsusiyyətləridir. İnsulin dirənci olan insanların gələcəkdə tip2 diabet olma riski yüksəkdir. Bunun üçün mütləq qan analizi verilməli, yoxlanılmalıdır. İnsuıin dirənci olan insanlarda qidalanmaya xüsusi fikir verilməlidir. Qan şəkərinin normada olması üçün gündəlik 3 əsas və 3 ara yemək yeyilməlidir. Ara yeməklər insulin dirənci xəstələrində çox önəmlidir. Pəhriz siyahısından çörək çıxarılmalıdır. Bundan başqa, qidaların qlisemik indeksi də yemək yedikdən 2 saat sonra qan şəkərinin sürətlə və ya yavaş yüksəlməsinə təsir edir. Aparılan araşdırmalara görə, aşağı qlisemik indeksli qidalar xüsusilə diabet və insulin dirənci kimi xəstələrin bəslənməsində yer almalıdır.

Həmçinin, stress və əsəbdən də uzaq durmaq lazımdır. Digər önəmli məsələ isə yemək yemək yeyərkən sürətimizdir. Beyinə doyma siqnalı 20 dəqiqədə çatır. Ona görə də qidalanma sürətimiz 20-25 dəqiqə arasında saxlanılmalıdır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.