İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI

30 Mayıs 2021
485
0
İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI
Dahi şərq alimi İbn Sinanın müalicə üsulları bu günədək öz aktivliyini qoruyub saxlayır.

Feat.Az
xəbər verir ki, görkəmli təbibin təbii müalicə üsullarını təqdim edir.

İshal üçün

İnqrediyentlər: 2 litr su, 100 qram turş nar qabığı

Hazırlanması: Nar qabığını suda qaynadın, soyuduqdan sonra tox qarına 1 stəkan için. Təsiri qısa müddət ərzində hiss olunur.

Yara müalicəsi üçün
İnqrediyentlər: 1 yemək qaşığı sumaq və bal

Hazırlanması: Sumağı əzib balla qarışdırın. Yara olan yerə bu qarışığı sürtün. Təxminən 1 saat sonra ilıq su ilə yaxalayın. Yara qabıq bağlayana qədər proseduru davam edin.
Böyrək daşı üçün

İnqrediyentlər: 2 yemək qaşığı üzüm çəyirdəyi, 1 stəkan qazlı su

Hazırlanması: İkisini qarışdırıb için. Bu təbii qarışıq sayəsində böyrək daşlarından asan yolla xilas ola biləcəksiniz.

Ağız qoxusuna qarşı

İnqrediyentlər: 3,5 q dərman alpiniyası, 3,5 q quru zəncəfil, 3,5 q mixək, 3,5 q hil, 3,5 q istiot, 70 q müşk, 105 q limon qabığı, 3,5 qram hind qozu tozu, 3,5 q darçın və bal

Hazırlanması: Bütün ədviyyatları toz halına gətirib kasada qarışdırın. Üzərində bal əlavə edin. Yaxşıca qarışdırandan sonra bir çay qaşığı yeyin. Ağız qoxusunu aradan qaldırmaq üçün son dərəcə güclü reseptdir.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.