Şaftalının insan orqanizminə faydaları
Şaftalı antioksidant təsirə malikdir. Şaftalının tərkibində olan sərbəst radikallar günəş işığından orqanizmə dəyən zərərləri aradan qaldırır, orqanizmdə baş verən fərqli xəstəliklərə qarşı qoruyur.
Şaftalı tərkibində olan C vitamini sayəsində insan həyatı üçün vacib meyvələrdən sayılır. O, travma sayəsində toxumalarda meydana çıxan zədələrin sürətlə sağalmasına yardım edir. Şaftalının tərkibindəki turşular onun infeksiyalara qarışı olan təsirini və sümüklərə qarşı faydasını artırır.
Şaftalı arıqlamaq istəyənlər üçün mükəmməl bir qida maddəsidir. Çünki onun kalori dəyəri aşağı olmaqla yanaşı, insanda toxluq hissi yaradan bir meyvədir.
Şaftalı tərkibində olan A vitamini sayəsində sümüklərin möhkəmlənməsinə yardım edir və sümük xəstəliklərinin artması riskini azaldır. Çoxlu şaftalı yemək yaşlanmanın qarşısını alır.
Bir şaftalının tərkibində təxminən 285 qram kalium olur.
Şaftalı şirəsinin tərkibində A, C, B3 vitaminləri, betakartoten, fol turşusu var.
Saftalı suyu qanı təmizləmək qabiliyyətinə malıkdir. O damarlarda spazmların baş verməsinin qarşısını alır, qanın yaxşı işləməsinə yardım edir.
Şaftalı suyu qızdırmasalıcı təsirə malikdir.
Şaftalı suyunun aşağıdakı faydalı xüsusiyyətləri vardır:
- həzm sistemini yaxşılaşdırır
- qəbizliyi aradan qaldırır
- yatmazdan əvvəl içmək yuxu gətirir
- ağız boşluğu infeksiyalarına qarşı təsir göstərir
- ağız qoxusunu aradan qaldırır
- əzələlərin tonusunu azaldır
- böyrək və sidik yollarının xəstəlikləri zamanı faydası var.