Duz və şəkərli qidaların normadan artıq qəbulu bir sıra xəstəliklərə səbəb olur

18 Temmuz 2021
390
0
Duz və şəkərli qidaların normadan artıq qəbulu bir sıra xəstəliklərə səbəb olur
Duz və şəkər orqanizm üçün vacibdir, amma həmin məhsullardan çox istifadə etmək kifayət qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər. Həkimlər deyirlər ki, şəkəri və duzu tamamilə qida rasionundan çıxarmaq da mümkün deyil, çünki bu da zərərlidir. Lakin onu da qeyd edirlər ki, son illər piylənmənin iki dəfə artmasının bir səbəbi də şəkər və duzun normadan artıq qəbuludur.

Feat.Az
bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib ki, duzlu qidaların həddindən çox qəbul edilməsi artrit, revmatizm, dermatit və ekzema kimi xəstəliklərin yaranmasına səbəb olur: "Duz bədənə daxil olanda su ilə birləşməyə meyil edir və özündə su saxlayır. Ona görə də duzlu qidalar yemək, duza meyilli olmaq və s. arterial qan təzyiqini yüksəltməyə meyillənir, bədəndə əlavə su saxladığına görə orqanizmdə maddələr mübadiləsinin sürətini aşağı salır. Ona görə də duzlu yeməkləri mümkün qədər məhdudlaşdırmaq lazımdır".

Əksər insanların sevimli qidası olan şirniyyatlar, kofe və şokolad mütəmadi şəkildə istifadə edildikdə isə tam həzm olunmur, qaraciyər piylənir, dişlər çürüyür. Lakin şəkər həm də serotonin hormonu üçün vacibdir: beyni inkişaf etdirir və fəaliyyəti artırır.

Həkim-diyetoloq Ləman Süleymanova deyib: "Şəkərdən artıq dərəcədə istifadə etmək yanlış seçimdir. Məsələn, 35 yaşdan sonra müəyyən genetik, xüsusilə şəkərli diabet kimi xəstəliklər müəyyən ağırlaşmalara səbəb olur. Şəkərə meyilli olanların axşam saat 6-7-dən sonra şəkəri menyudan çıxarmağı məsləhətdir. Məlumdur ki, meyvə-tərəvəzlər orqanizm üçün vacibdir, lakin qidadan sonra meyvə yeyilməsi onun tərkibindəki şəkəri ağırlaşdırır".

Diyetoloq, həmçinin müəyyən tip şirniyyatlardan uzaq durmağı tövsiyə edir: "Məsələn, genetik modifikasiya olunmuş müxtəlif qidalar və yaxud kortəbii şəkildə hazırlanan şirniyyatların tərkibində çox mənfi şəkər var və bunlar birbaşa insana genetik təsir göstərir. Hamilə qadının belə qidalarla qidalanması körpənin gələcək həyatına birbaşa təsir edir".

Mütəxəssislər deyirlər ki, istər duz, istərsə də şəkər axşam saatlarında qəbul edildikdə orqanizmə müəyyən zərərlər verə bilər. Ona görə də günün ikinci yarısında qidalanmaya xüsusi diqqət ayırmaq vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.