Yüksək təzyiqlə bağlı bilinən 10 SƏHV

22 Eylül 2021
351
0
Yüksək təzyiqlə bağlı bilinən 10 SƏHV
Təzyiqlə bağlı bir çox insan yanlış məlumatlara sahibdirlər.

Bəs bunlar hansılardır?

Feat.Az
həmin 10 yanlışı təqdim edir:

YANLIŞ 1: Yüksək təzyiq ailədən gələn mirasdır, bununla bağlı edə biləcək bir şey yoxdur.
DÜZGÜN: Yükəsk təzyiq adətən ətrafdakı faktorlardan qaynaqlanan, qarşısı alına bilən bir problemdir. İdmanla məşğul olaraq, sağlam çəkiyə sahib olaraq, alkoqol və siqaretdən uzaq duraraq, həkimin verdiyi dərmanları vaxtında qəbul edərək təzyiqinizi nəzarətdə saxlaya bilərsiniz.

YANLIŞ 2: Yüksək təzyiq o qədər də qorxulu deyil.
DÜZGÜN: Yüksək təzyiq damarlarınıza gizlicə zərə verən, ciddi problemlərə yol açan bir "qatildir". Müalicə edilmədiyi zaman ürək, infarkt, böyrək xəstəlikləri risklərini artırır.

YANLIŞ 3: Sadəcə artıq çəkililər yüksək təzyiqdən əziyyət çəkir
DÜZGÜN: İncə və formada olan insanlarda da yüksək təzyiqə rastlanılır. Artıq çəki isə yüksək təzyiq üçün risk faktorudur.

YANLIŞ 4: "Tək bir yoxlanışda təzyiqim yüksək çıxdı, mən təzyiq xəstəsiyəm"

DÜZGÜN: Bir dəfə ölçməklə təzyiq xəstəliyi diaqnozu qoyulmaz. Bunun üçün müəyyən aralıqlarıa yoxlamaq lazımdır. 18 yaşdan yuxarı olanlarda 140/90 mmHg-dan çox olması yüksək təzyiq olaraq qəbul edilir. Bu norma şəkər xəstəliyi olanlarda 130/80 mmHg-dan yuxarıdır.

YANLIŞ 5: "Yüksək təzyiqdən başqa diabetim də var. Xolestrolum da yüksəkdir. Buna görə də bir çox dərman qəbul etməliyəm. Təzyiq dərmanlarımı almasam da olar".

DÜZGÜN: Təzyiq xəstələrinin 50 faizindən çoxunda diabet, artıq çəki, ürik asit və xolesterol yüksəkliyi var. Bu problemlər birləşdikdə damar sərtliyi riskini artırır. Yəni infarkt, böyrək çatışmazlığı kimi ciddi problemlərə yol açır. Həkiminiz ayrı-ayrı problemlər üçün fərqli dərman verirsə, dərmanlarınızı vaxtında qəbul edin.

YANLIŞ 6: "Təzyiq dərmanları kişilərdə cinsi həyata təsir edir. Bu səbəblə dərman qəbul etmirəm".

DÜZGÜN: Digər xəstəliklərdə olduğu kimi təzyiq dərmanlarında da bir sıra problemlər yarana bilər. Ancaq 1960-cı illərdəki kimi eybi dərmana məhkum deyilik. Əlimizdə müxtəlif dərmanlar mövcuddur. Təzyiq dərmanlarının cinsi həyata bir çox təsirləri var. Amma həkimlə məsləhətləşərək bunun qarşısını almaq olar.

YANLIŞ 7: "Alkoqol ürək üçün faydalıdır".
DÜZGÜN: Müəyyən miqdarda alınan alkoqol problem yaratmaz. Amma çoxu hər zamankı kimi ziyanlıdır.

YANLIŞ 8: "İdmanla məşğulam, çəkim normaldır, düzgün qidalanıram. Təzyiq xəstəsi olmağım üçün heç bir səbəb yoxdur".
DÜZGÜN: Bəzi insanlar nə qədər sağlam həyat yaşasalar da genetik olaraq təzyiq xəstəliyinə sahib olurlar. Ona görə də zamanla təzyiqinizi yoxlayın.

YANLIŞ 9: Elektron təzyiq aparatları düzgün göstərmir.

DÜZGÜN: İstənilən, standart təzyiq aləti ilə yoxlaya bilərsiniz. Amma daha yaxşı olardı ki, xəstəyə görə, ona uyğun aparat alınsın.

YANLIŞ 10: "Təzyiqin az qalxması daha təhlükəlidir"
DÜZGÜN: Təzyiq istər az, istərsə də çox yüksəlsin hər ikisi də təhlükəlidir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.