Emosiyalarımız dərimizin quruluşuna necə təsir edir?

02 Eylül 2021
362
0
Emosiyalarımız dərimizin quruluşuna necə təsir edir?
Gülən zaman gözlərin kənarında qırışlar əmələ gəlir. Bu mimiki qırışlardır. Mimiki qırışlar mimiki əzələlərin hərəkəti sayəsində meydana çıxır. Güləyən adamların gözlərinin yan tərəfində bu qırışlar daha tez meydana gəlir. Bunun əmələ gəlməməsi üçün isə həmin hissə yumşaldıcı və ya qırışlar əleyhinə kremlərlə vaxtaşırı massaj olunmalıdır.

Müasir dünyamızda qadınların öz gözəlliklərini qoruyub saxlamaları üçün çoxlu kosmetik vasitələr var. Kosmetologiya insanı istədiyi yaşda göstərə bilir . İstənilən adam müxtəlif kosmetoloji vasitələrdən istifadə etdirməklə üzünü gəngləşdirə bilər. Buna müxtəlif kremlər, maskalar və cərrahi əməliyyatlar vasitəsilə nail olmaq mümkündür. Dərinin qocalmaması və qırışmaması üzrə məşğul olan kosmetologiya sahəsində çalışan elm adamları cərrahi əməliyyatlara pul xərcləmədən hər bir qadının özünə qarşı dqqətli olacağı tədqirdə gözəlliyini saxlaya bilməcəyini qeyd edir.

Araşdırmalar insanın daxili aləminin onun üzün yansıdığını və bu zaman üzün dərisinində buna uyğun olaraq qırışdığını söyləyirlər. Onlar hətta, üzdə meydana çıxan qara nöqtələrin və səpgilərin sinir sistemi səbəbindən meydana çıxdığını qeyd edirlər.

İnsanların daxili aləmində hiss etdikləri onların üzlərinin dərisində öz izini qoyur. Məsələn, əsəbi adamların alnı tez qırışır, uzun müddət ağalayan adamların ağzının ətrafında qırışlar əmələ gəlir və s. Bu səbəbdən də mütəxəssislər hər bir insana sinir sisteminə sahib olmağı tövsiyə edir və bunun da onların dərilərinin gec qırışmalarına səbəb olduqlarını söyləyirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.