Adaçayının möcüzəvi təsirləri

28 Kasım 2014
2 216
0
Adaçayının möcüzəvi təsirləri
Adaçayının möcüzəvi təsirləri
Qədim dövrlərdən bəri ada çayının sağlamlıq üçün çox faydalı olduğu insanlara məlumdur. Adaçayı bir çox xəstəliyin müalicəsində möcüzəvi təsirlər göstərir.

Qış aylarında bu çaydan bol-bol içə bilərsiniz. Yaddaşı gücləndirən, diş və diş əti xəstəliklərində xilas edən bu bitki mensturasiya dövründə qadınlara da çox kömək edir.

Yəqin ki, bir çox insan adaçayının bu faydalarından xəbərdardır.

Ancaq FeaT.az sizin üçün adaçayının heç bir yerdə oxumadığınız faydalarını üzə çıxarıb.

Kəpək: Saç dərisini adaçayı yağı ilə masaj etmək kəpək problemini aradan qaldırır. İstifadə etdiyiniz şampuna bir neçə damcı ada çayı yağı əlavə etsəniz, kəpəyi həyatınızdan çıxaracaqsınız.

Qaşıntılı dəri xəstəlikləri: Ekzema, sədəf, göbələk, sızanaq və digər qaşıntı verən problemlərlə üzləşənlər adaçayı yağından istifadə edə bilərlər. Tərkibində adaçayı və ya adaçayı yağı olan krem və şampunlar alın.

Sellülit: Sellülitli bölgəni adaçayı yağı ilə davamlı olaraq həftədə 3 dəfə masaj etmək lazımdır. Bu zaman adaçayı yağı qan dövranını sürətləndirir və həmin bölgədəki toksinlərin bədəndən atılmasına kömək edir.

Sızanaqlar: Üzdəki və ya bədənin hər hansı bölgəsəindəki sızanaqlardan xilas olmaq üçün çox asan bir üsul var. Bunun üçün 2-3 ədəd adaçayı yarpağını qaynadıb suyunu soyutduqdan sonra üzünüzü həmin su ilə yuya bilərsiniz.

Dərini yaxşılaşdırmaq: Adaçayı bitkisi dəri üçün çox faydalıdır. Tərkibindəki kalsium və A vitamini sayəsində dəri hüceyrələrinin yenilənməsini təmin edir və qırışıqlıqları azaldır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.