Naringinin faydaları.

14 Ocak 2015
3 866
0
Naringinin faydaları.
Naringinin faydaları.

Naringi orqanizmi vitaminlərlə zənginləşdirərək infeksiyalarla mübarizə etməyə kömək edir. Naringi digər sitrus meyvələri kimi, öz faydalı xüsusiyyətlərini uzun müddət saxlayır.

Naringi orqanizmi göz, dəri və s. üçün zəruri olan A provitamini, S vitamini, əsəb sisteminin fəaliyyətinə təsir göstərən B1 vitamini, qışda lazım olan D vitamini, K vitamini və s. ilə təmin edir.Naringinin kalori miqdarı tərkibindəki şəkərin miqdarından asılı olaraq 38-45 Kkal. təşkil edir.
Bununla belə, naringidə limon turşusu olduğuna görə nitratlar olmur. Lakin naringinin faydaları bununla bitmir. Naringinin təzə çəkilmiş şirəsi diyetik və müalicəvi içki kimi uşaq və xəstələr üçün tövsiyə edilir. Yüksək hərarət zamanı naringi soku susuzluğu yatırır. Bundan əlavə, naringi və soku fitonsid və antiseptik xassələrinə görə mikrob və virus əleyhinə yaxşı vasitədir. Həmçinin naringinin astma və bronxit kimi xəstəliklərin müalicəsində də müsbət təsiri sübüt olunmuşdur.
Ağciyər və bronxlarda toplanmış seliyi təmizləmək üçün səhərlər təzə çəkilmiş naringi şirəsi içmək tövsiyə olunur. Bronxit və traxeit zamanı naringinin qurudulmuş qabıqlarını suda qaynadıb içmək bəlğəm gətirici və öskürəyi yumşaldan vasitə kimi çox faydalıdır. Bunlarla yanaşı, naringi göbələk əleyhinə də istifadə olunur. Onun dilimindən və ya qabığından olan şirə göbələyə tutulmuş dəri və dırnaqları müalicə etməyə qadirdir.
Bunun üçün həmin nahiyələri şirə ilə tez-tez silmək lazımdır.
Naringi şirəsi helmintlər əleyhinə də yaxşı vasitədir.
Naringinin müntəzəm istifadəsi bədəni qüvvətləndirir və maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaq pozğunluğunu aradan qaldırır. Ürəkbulanma və köp zamanı naringinin təzə soyulmuş qabığı kömək edir, həzm etməni stimullaşdırır. Naringinin efir yağı isə həm psixoloji, həm də əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur. Naringinin salat və isti yeməklərdə ət, balıq, dəniz məhsulları, düyü və tərəvəzlərlə birgə istifadəsi də geniş yayılmışdır.
Mədə yarası, onikibarmaq bağırsaqın yarası, yüksək turşuluqla qastrit, enterit, kolit, bağırsaq iltihabları, xolesistit, hepatit və kəskin nefrit xəstəlikləri zamanı naringinin istifadəsi tövsiyə olunmur.

r.t.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.