Saat neçədə nə içməliyik? - HƏKİM MƏSLƏHƏTİ.

14 Ocak 2015
3 221
0
Saat neçədə nə içməliyik? - HƏKİM MƏSLƏHƏTİ.
Saat neçədə nə içməliyik? - HƏKİM MƏSLƏHƏTİ.


Saat neçədə nə içməliyik? - HƏKİM MƏSLƏHƏTİ

Qidalanmanın xüsusi zamanı olduğu kimi, maye qəbul etmənin də öz vaxtı var. Türkiyəli ekspert Canan Aksoy bu barədə tövsiyələr verib.
Səhər oyanarkən
Bir stəkan su için. Çünki gecə boyunca bədənimizdə toksin və digər artıq maddələr əmələ gəlir. Səhər maye qəbul etdikdə həmin maddələrin vücudumuzdan daha tez xaric olmasına və bədənimizin temperaturunun stabilləşməsinə kömək etmiş oluruq. Səhər oyanarkən əl-üzümüzü yuduğumuz kimi, daxili orqanlarımızı da "yumalıyıq".

Səhər yeməyində
Bir fincan çay və ya qəhvə için. Çünki onlarda olan kofein sayəsində insanın beyni oyanır və insan gümrah olur.

Saat 10:00-11:00 arası
Bu saatlarda insan orqanizmində su ehtiyatı azalır. Qanda şəkərin miqdarı azalır, yorğunluq və halsızlıq başlayır. Buna görə də bu zaman orqanizmi yenidən oyadacaq maye qəbul etmək lazımdır. Bunun üçün ən yaxşı vasitə süd və ya tərəvəz şirəsidir. Doğrudur, Azərbaycanda meyvə şirəsi daha məşhurdur, amma tərəvəz şirəsində olan karbohidrat qanda şəkərin normasını tənzimləyir, bədənin itirdiyi vitamin və mineral duzların bərpa olunmasını təmin edir.

Günorta yeməyində
Ayran və ya mineral su içmək məsləhətdir. Enerjisi yüksək olmayan bu növ mayeləri qəbul etdikdə insanın gün ərzində vitamin tələbatı qismən ödənir və həmçinin həzm prosesi yaxşılaşır.

Saat 15:00-16:00 arası
Həzmi rahatlaşdıran maye qəbul etmək lazımdır. Həmçinin günorta yeməyindən sonra insanda yuxu əmələ gəlir ki, bunun qarşısını almaq üçün bitki çayı və ya sadə çay yaxşı vasitədir. O həmçinin həzmi də rahatlaşdıracaq.

Axşam yeməyində
Qatıq içmək lazımdır. Çünki qatıqda mövcud olan bir çox faydalı bakteriyalar orqanizmimizi bir çox xəstəliklərdən qoruyur və hüceyrələri yeniləyir.

Yatmamışdan öncə
Süd için. Bir çoxları bunun sadəcə uşaqlara aid olduğunu düşünsə də, bu, belə deyil. Yatmazdan öncə süd içmək sümükləri möhkəmləndirir. Gecə yatarkən böyümə hormonu fəaliyyətə başlayır. Böyümə hormonu, əlbəttə ki, bizim boyumuzu artırmır, amma gün ərzində yorğunlaşan vücudumuzu, zəifləyən sümüklərimizi möhkəmlədir.

r.t.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.