Dini Statuslar

22 Kasım 2014
19 731
0
Dini Statuslar
Dini Statuslar

Dini Statuslar

Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir : elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.. Həzrəti Məhəmməd (s)

***

Yaxşı işlər görənlərin mükafatı nə gözəldir! Ali-İmran surəsi, 136

***

«Söz gəzdirməkdən çəkin. O, qəlblərdə kin toxumu səpər. İnsanı Allahdan və xalqdan uzaqlaşdırar».-Möminlərin Əmiri Əli (əleyhissalam)

***

Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz
daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır! Bəqərə, ayə 271

***

''Namus gözəlliyin sədəqəsidir.'' Həzrəti Əli Əleyhisalam

***

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. Bəqərə, ayə 261

***

Namaz imkan məsələsi deyil, iman məsələsidir..
Ürəyin təmiz olsun Namaz qilmasanda olar deyənlər. Sənin ürəyin Peygəmbərin (s.a.v.v) ürəyindən təmizdi ?

***

Hz. Muhəmməd (s) Allah üçün tökülən göz yaşı, qəlbin dəstəmazıdır.

***

Allahın Peyğəmbəri (s) «Vida həcci»nin xütbəsində buyurmuşdur: «Kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar.»

***

Allahın Peyğəmbəri(s):«Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»

***

İmam Sadiq (ə):«Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost.»

***

Şükr nemətlərin bəzəyidir... Həzrəti Əli (ə)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.