Tarixdə Bu Gün - 20 Sentyabr

20 Eylül 2016
1 658
0
Tarixdə Bu Gün - 20 Sentyabr
Kosmosla bağlı hadisələr
1963 – BMT-nin sessiyası zaman Kennedi SSRİ-yə kosmos sahəsində əməkdaşlıq təklif etmişdir.

Dünyada olan hadisələr
E.ə.480 – Yunanlar farslar üzərində qələbə qazanmışlar.
E.ə.331 – Makedoniyalı İsgəndər Fərat çayını keçmişdir.
622 – Məhəmməd peyğəmbərlə Əbu Bəkr Mədinəyə hicrət etmişlər.
1187 – Səlahəddin Əyyubi Yerusəlimi ələ keçirmişdir.
1519 – Portuqaliyalı səyyah Fernan Magellan 270 nəfər və 5 gəmiylə İspaniyadan yola çıxmışdır.
1918 – 26 Bakı Komissarı Türkmənistandakı Ağcaqum çölündə güllələnmişdir.
1922 – Fransa və İtaliya qoşunları Çanaqqaladan geri çəkilmişlər.
1928 – İtaliyada "Ali Faşist Təşkilatı" ölkənin ən ali qanunverici orqanı olmuşdur.
1946 – Fransada Kann kinofestivalının ilk açılış mərasimi olmuşdur.
1952 – Türkiyə NATO-ya üzv qəbul olunmuşdur.
1974 – Hondurasda baş verən tufan nəticəsində 10 min nəfər həlak olmuşdur.
1977 – Vyetnam BMT-yə üzv qəbul olunmuşdur.
1981 – İran 149 solçunu edam etdiyinin açıqlamışdır.
1984 – Beyrutdakı ABŞ səfirliyinə hücum edən partlayıcı yüklənmiş maşının partlaması nəticəsində 40 nəfər həlak olmuşdur.
1990 – Cənubi Osetiya qondarma "müstəqilliyini" elan etmişdir.
2002 – İsrail əskərləri Fələstinin baş naziri Yasir Ərəfatın qərargahı yerləşən üç binanı dağıtmışlar.
2003 – Litva əhalisinin 67%-i Avropa Birliyinə daxil olmağın lehinə səs vermişdir.

Azərbaycanda olan hadisələr

1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.
1993 – Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul etmişdir.
1994 – Bakıda ümummilli liderimiz Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-ın "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər.
2004 – Naxçıvanda "Azərbaycanlıların soyqırımı mərkəzi" yaradılmışdır.

Doğumlar

1928 - Murtuz Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisinin Sədri (1996-2005.,
1934 - Sofi Loren - italyan kinoaktrisa, Oskar mükafatı laureatı.
1963 - Andrey Derjavin - rus müğənni.
1975 - Xuan Pablo Montoya - kolumbiyalı avtoyarışçı.
1975 - Aziya Arcento - aktrisa.
1977 - Namie Amuro - yapon müğənni.
1982 - Begüm Birgörən - türk aktrisa.

Ölümlər
1932 - Aslan bəy Səfikürdski, Azərbaycan Milli Şurasının üzvü.

Bayramlar və xüsusi günlər
Azərbaycan, Neftçilər günü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.