Tarixdə Bu Gün - 1 Oktyabr

01 Ekim 2016
1 506
0
Tarixdə Bu Gün - 1 Oktyabr
Dünyada baş vermiş hadisələr
E.ə.331 – Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Ön və Orta Asiyanın bir çox xalqlarının taleyinə təsir göstərmiş döyüş olmuşdur. Qavqamel döyüşündə Makedoniyalı İsgəndər I Daraya qalib gəlmişdir.
1795 – Belçika Fransaya birləşdirilmişdir.
1827 – Rus qoşunu İrəvan qalasını işğal etmişdir.
1848 – "Simens" şirkətinin əsası qoyulmuşdur.
1853 – Avstriya yəhudiləri torpağa mülkiyyət hüququndan məhrum edilmişlər.
1880 – Tomas Edison ilk lampa fabrikini qurmuşdur.
1887 – Bəlucistan Hindistana birləşdirilmişdir.
1891 – Fransanın "Bordo" futbol klubu yaradılmışdır.
1895 – Fransa Madaqaskarı işğal etmişdir.
1898 – Rus çarı II Nikolay yəhudilərin böyük şəhərlərdən kənarlaşdırılması barədə əmr vermişdir.
1908 – Fordun "T Model" avtomobili satışa çıxartmışdır.
1923 – Ankara Türkiyənin paytaxtı müəyyənləşmişdir.
1936 – General Franko, İspaniyada milliyətçi hökümətə rəhbərlik etmişdir.
1946 – Nürenberq prosesi sona çatmışdır.
1949 – Mao Tse Dunun başçılığıyla Çin Xalq Respublikası qurulmuşdur: Mao, Çin Xalq Respublikasının ilk Sədri seçilmişdir.
1952 – Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açmışlar: 52 nəfər ölmüş, 140 nəfər yaralanmışdır.
1958 – NASA təsis edilmişdir.
1960 – İlk "Zaporojest" minik avtomobili konveyerdən çıxmışdır.
1963 – Əlcəzair prezidenti Əhməd Bin Bella ölkədə fransızlara aid bütün torpaqların milliləşdirilməsi fərmanı vermişdir.
1977 – Pele futbolu tərk etmişdir.
1982 – Helmut Kol federal Almaniyanın kansleri seçilmişdir.
1985 – İsrail qüvvələrinin Tunisdəki Fələstin Azadlıq Təşkilatı (FKT) idarələrinə etdiyi hava hücumunda 68 nəfər ölmüşdür.
1987 – Mixail Qorbaçov Sovet İttifaqının ilk Prezidenti olmuşdur.
1988 – Estoniya Xalq Cəbhəsi yaradılmışdır.
1989 – Kopenhagendə ilk homoseksual nikah bağlanmışdır.
1996 – Taliblər Bürhanəddin Rəbbanini devirərək hakimiyyətə gəlmişlər.
1999 – İkinci Çeçenistan müharibəsi başlanmışdır.
2004 – İspaniya parlamenti eyni cinsdən olanların nikahına icazə vermişdir.

Azərbaycanda olan hadisələr
1918 – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır.
1992 – Nyu-Yorkda BMT qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi işə başlamışdır.
1996 — Azərbaycan Respublikası Qabon ilə diplomatik əlaqələr qurmuşdur.
2001 – Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur.

Doğumlar
1912 – Lev Qumilyov, rus tarixçi.
1924 – Cimmi Karter, ABŞ-ın 39-cu prezidenti.

Bayramlar və xüsusi günlər
Beynəlxalq Qocalar günü
Beynəlxalq Musiqi günü
Azərbaycan, Prokurorluq işçiləri günü
Nigeriya, Müstəqillik Günü (1960).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.