Tarixdə Bu Gün - 28 Noyabr

28 Kasım 2016
1 074
0
Tarixdə Bu Gün - 28 Noyabr
28 noyabr:
* Səyyah Ferdinand Magellan Amerikanın ən cənub nöqtəsi olan Magellan boğazını keçərək Sakit okeana daxil olmuşdur, (1520-ci il). * Roma Papası XVI Benedikt xristianlığa aid müqəddəs yerləri görmək üçün Türkiyəyə gəlmişdir, (2006-cı il).

Əhəmiyyətli hadisələr
1789 — Fransız həkim Jozef Qilyotin ölüm alətini – qilyotini Fransa Məclisinə təqdim etmişdir. Bu bədnam alətin iş prinsipindən hazırda metal və kağız kəsən maşınlar düzəltmək üçün istifadə olunur.
1893 — Qadınlar ilk dəfə olaraq Yeni Zelandiyada seçkidə iştirak etmişlər.
1909 — Fransa hökuməti doğuş keçirən qadınlara 8 həftə ödənişsiz məzuniyyət hüququ vermişdir.
1924 — İlk Fənərbaxça-Beşiktaş matçı keçirilmiş, oyun 2-0 hesabı ilə Fənərbaxçanın xeyrinə başa çatmışdır.
1938 — Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanmışdır.
1943 — SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Tehran konfransı başlamışdır.
1945 — Ermənistan rəhbəri H.Arutyunov Stalinə müraciət edərək Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsini xahiş edir.
1958 — Çad, Konqo, Qabon, Mali, Mavritaniya və Seneqal müstəqilliklərini elan etmişlər.
1969 — İtaliyada boşanma qanuniləşdirilmişdir.
1991 — Arkadi Volskinin rəhbərlik etdiyi qondarma "Dağlıq Qarabağ üzrə Xüsusi İdarə Komitəsi" ləğv edilmişdir.
Doğumlar
1820 — Fridrix Engels, alman filosof, iqtisadçı.
1821 — Nikolay Nekrasov, rus şairi (ö. 1877).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.