Tarixdə Bu Gün - 6 Avqust
1538 — Qonzalo Ximenez de Kesada (şəkildə) tərəfindən Boqota şəhərinin əsası qoyuldu.
1806 — İmperator II Fransın Almaniya taxt-tacından imtina etməsi nəticəsində Müqəddəs Roma imperiyası buraxıldı.
1825 — Boliviya İspaniyadan müstəqillik əldə etdi.
1896 — Madaqaskar Fransa koloniyası elan olundu.
1914 — Birinci dünya müharibəsi: Serbiya Almaniyaya, Avstriya isə Rusiyaya müharibə elan edir.
1945 — İkinci dünya müharibəsi: Yaponiyanın Xirosima şəhəri atom bombardmanına məruz qaldı.
1962 — Yamayka Böyük Britaniyadan müstəqillik əldə etdi.
2008 — Mavritaniyada dövlət çevrilişi baş vermişdir.