Tarixdə Bu Gün - 8 Dekabr

08 Aralık 2017
1 178
0
Tarixdə Bu Gün -  8 Dekabr
1918 — Bolşeviklər Estoniyada hakimiyyəti ələ alırlar.

1923 — ABŞ Almaniya ilə dostluq müqaviləsi imzalayır.

1925 — Adolf Hitler həbsxanada yazdığı (1923-1924) avtobioqrafik "Mənim mübarizəm" (Mein Kampf) əsərini kitab şəklində çap etdirir.

1941 — Yaponiya 7 dekabrda Pörl-Harbora hücumundan sonra ABŞ və Birləşmiş Krallıq Yaponiyaya müharibə elan edir.

1948 — BMT Cənubi Koreyanı tanıyır.

1966 — ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atırlar.

1970 — BMT Təhlükəsizlik Şurası Portuqaliyanı Qvineyada hərbi əməliyyatlara görə ittiham edır.

1974 — Yunanıstan referendumda böyük səs çoxluğu ilə monarxiyanın ləğv olunması və respublikanın yaradılması lehinə səs verirlər.

1985 — Banqladeşdə 7 ölkənin iştirakı ilə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası yaradılır.

1987 — Vaşinqtonda Ronald Reyqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" barədə müqavilə imzalayırlar.

1987 — Fələstində "İntifada" hərəkatı başlayır.

1988 — Ermənistandakı zəlzələ zonasında xilasetmə işləri aparmaq üçün azərbaycanlılardan ibarət 80 nəfərlik xilasetmə qrupu Spitak rayonuna gəlir.

1991 — Azərbaycan İslam Konfransı Təşkilatına üzv olur.

1991 — Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi andı qəbul edilir.

1991 — Belorusiya Respublikasının Ali Sovetinin, RSFSR və Ukrayna prezidentlərinin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi yaradılır (Belovejsk sazişi).

1999 — İnək quduzluğu xəstəliyi ilə əlaqədar olaraq bir çox Avropa ölkəsi Britaniyadan mal əti idxalına qadağa qoyur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.