Tarixdə Bu Gün - 11 Dekabr

11 Aralık 2017
954
0
Tarixdə Bu Gün -  11 Dekabr
1901 — Birləşmiş Krallıqda tarixdə ilk dəfə olaraq stolüstü tennis turniri keçirilib

1941 — ABŞ Almaniya və İtaliyaya qarşı müharibə elan edib

1946 — UNİSEF təşkil edilib

1949 — BMT Fələstin mühacirlərinin doğma torpaqlarına qayıtmaq hüququnu tanıdı

1967 — İlk səsdən iti mülki layner "Concorde"un təqdimatı keçirilib

1994 — Rus qoşunu Çeçenistana soxulub. Birinci Çeçenistan Müharibəsi başlayıb

1997 — Atmosferə buraxılan qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb

2001 — Çin rəsmən Ümumdünya Ticarət Təşkilatına üzv olub

Ümumdünya Dağ Günüdür.

1922 — Dağlıq Qarabağ vilayət partiya komitəsinin tərkibi təsdiq edilib

1938 — Azərbaycanda Şota Rustavelinin 750 illiyi qeyd edilib

1988 — Ermənistandakı zəlzələ (7 dekabr) zonasına Azərbaycanlı xilasedicilərin ikinci dəstəsini aparan İl-76 təyyarəsi Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olanlar hamısı (78 nəfər) həlak olub.

1991 — Azərbaycan Respublikasının müstəqilliyi Rumıniya tərəfindən tanınmışdır.

2003 — Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.