Tarixdə Bu Gün - 16 Dekabr

16 Aralık 2017
970
0
Tarixdə Bu Gün -  16 Dekabr
1631 — Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olmuşdur.
1773 — Boston çay qonaqlığı - Amerika müstəmləkəçiləri çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edərək 300-dən çox çay qutusunu dənizə tökmuşdür.
1899 — Milan futbol klubu yaradılmışdır.
1914 — Britaniya Misir üzərində protektoratını elan etmişdir.
1920 — 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində 180 000 insanın ölümünə səbəb olmuşdur.
1948 — Kamboca müstəqillik əldə etmişdir.
1949 — Əhməd Sukarno İndoneziyanın ilk prezidenti seçilmişdir.
1959 — Belçika Konqoya müstəqillik vermişdir.
1971 — Hindistan ordusu Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal etmiş, Pakistan hərbi qüvvələri təslim olduqdan sonra atəşkəs elan etmişdir.
1971 — Banqladeş müstəqillik əldə etmişdir.
1978 — Çin Xalq Respublikası və Birləşmiş Ştatlar arasında diplomatik əlaqələr qurulmuşdur.
1990 — Jan-Bertran Aristid Haitinin demokratik yolla hakimiyyətə gələn ilk prezidenti olmuşdur.
1991 — Qazaxıstan müstəqilliyini elan etmişdir.
1993 — ABŞ-da insanın genetik xəritəsi hazırlanmışdır.
1998 — ABŞ və Böyük Britaniya İraqda "Səhra tülküsü" adlı hərbi əməliyyat keçirərək ölkənin bəzi hərbi obyektlərini havadan bombalamışlar.
2005 — türk yazıçısı Orxan Pamuk "türk şəxsiyyətini təhqir etdiyinə görə" məhkəməyə verilmişdir.
1991 — Naxçıvan MR Ali Məclisi 31 dekabrı "Dünya azərbaycanlılarının birlik və həmrəylik Günü" kimi rəsmiləşdirmişdir.
1991 — Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılmışdır.
2005 — Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqda fərman imzalamış, Kəmaləddin Heydərov nazir təyin edilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.