Tarixdə Bu Gün - 1 Yanvar

01 Ocak 2018
869
0
Tarixdə Bu Gün -  1 Yanvar
630 — Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanlar Məkkə şəhərinə yürüş etmiş və şəhəri döyüşsüz almışlar.
1515 — I Fransisk Fransada taxt-taca sahib olur.
1651 — II Çarlz Şotlandiya kralı olur.
1707 — V Con Portuqaliya kralı olur.
1801 — İrlandiya Krallığı Böyük Britaniya Krallığı ilə formal olaraq birləşmişdir.
1810 — Laçlan Makkuer Yeni Cənubi Uelsin qubernatoru olmuşdur.
1959 — Kuba üsyançıları Fidel Kastro rəhbərliyi ilə Havananı ələ keçirmiş, prezident Fulxensio Batista Dominikan Respublikasına qaçmışdır.
1929 — SSRİ rəhbərliyi Azərbaycanda ərəb qrafikalı əlifbanın istifadəsinə qadağa qoymuşdur.
1993 — Euronews kanalı Fransanın Lion şəhərində ilk dəfə yayıma başlamışdır.
1995 — Dünya Ticarət Təşkilatı yaradılmışdır.
2007 — BMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərini icra etməyə başlayıb.
2007 — Rumıniya Avropa Birliyinə üzv olub.
2007 — Bəylik Dərsi filmi ilk dəfə ekranlara çıxıb.
2017 — Gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. Terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.
1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü.
1896-ci ildə neft ustası kimi tanınan Ağa Nemətulla Sərab şəhərində doğulub.
1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1934-cü ildə həftəlik «Ədəbiyyat qəzeti»nin ilk sayı çapdan çıxıb.
1937-ci ildə Tanınmış aktyor, əməkdar artist Eldəniz Zeynalov anadan olub.
1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
1947 - Xalq artisti Mikayıl Mirzə Şamaxı rayonunda doğulub.
1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.