Tarixdə Bu Gün - 3 Yanvar

03 Ocak 2018
845
0
Tarixdə Bu Gün -  3 Yanvar
1431 — Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna D Arkı ingilis kralının nümayəndəsi keşiş Koşona 10 min franka satır.
1491 — hüquqşünas Pyotr Ravenskiyə əsəri "Feniks"i çap etdirməyə hüquq verən sənəd verilir. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır.
1804 — Gəncə Rusiya qoşunları tərəfindən işğal olunur.
1868 — Yaponiyanın imperator şurasının iclasında imperator hakimiyyətinin bərpası haqqında manifest qəbul edilir. Sasuma və Tyoysyunun qoşunları Kiotodakı imperator sarayını tutur və Meydzi imperator hakimiyyətinin bərpasını elan edirlər.
1888 — Vaşinqtonda M.Stoun adlı bir nəfər kokteyl üçün çubuq patentləşdirir. Ona qədər o kağızdan hazırlanırdı.
1924 — Tutanhamonın qəbri tapılandan sonra ingilis ekspediyası onun qızıl tabutda mumiyalanmış cəsədini tapır.
1934 — SSRİ-də təyyarələrin radiolokasiya ilə yerinin müəyyənləşdirilməsi üçün uğurlu sınaq keçirilir.
1962 — Roma Papası Fidel Kastronu kilsədən ayırır.
1993 — Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.