Tarixdə Bu Gün - 4 Yanvar

04 Ocak 2018
1 031
0
Tarixdə Bu Gün -  4 Yanvar
1493 — Xristofor Kolumb gəmi karvanı ilə ilk dəfə Amerikadan Avropaya səfər edir.
1494 — Tsetində (Monteneqro) ilk dəfə cənubi slavyan dövlətlərində kiril qrafikalı əlifba ilə kitab - pravoslav kilsə mahnıları çap edilir.
1603 — Hacı Mustafa Sunullah Əfəndi ikinci dəfə Osmanlı imperiyasının şeyxülislamı seçildi.
1610 — 6 böyük minarəli və 16 şərəfəli Sultan Əhməd Məscidinin ilk təməli atıldı.
1884 — İngiltərədə Fabi cəmiyyəti yaradılıb.
1920 — Aleksandr Kolçak "Rusiyanın Ali Hökmdarı" titulundan və "Ali Baş Komandan" rütbəsindən məhrum edilir.
1923 — «Pravda» qəzetində Vladimir Lenininin "Gündəlikdən səhifələr" adl yazısı çap edilir. Orada o savadsızlıqla mübarizəni gücləndirməyə çağırır.
1943 — Amerika jurnalı «Taym» İosif Stalini 1942-ci ilin İlin adamı elan edir.
1948 — Birmanın müstəqilliyi elan edilir.
1955 — Sov.İKP MK «V.İ.Leninin xatirəsi haqqında» qərar qəbul edilir. Orada qeyd edilir ki, «məqsədə uyğundur ki, V.İ.Leninin xatirə günü onun vəfat günündə deyil, ad günündə - 22 apreldə qeid edilsin ki, nisgil və kədər yığılmasın».
1959 — SSRİ-nin "Luna-1" aparatı Ay ətrafına çatan ilk kosmik aparat olur.
1969 — İspaniya və Mərakeş arasında çoxillik danışıqlardan sonra İfni əyaləti Mərakeşə qaytarılır.
1970 — «Bitlz qrupu» Let It Be mahnısının yazılışı ilə axırıncı dəfə birgə çıxış edirlər.
1985 — London klinikalarının birində Kotton soyadlı qadının surroqat qızı olur.
2004 — Mixail Saakaşvili Gürcüstannın prezidenti seçilir.
2010 — Birləşmiş Ərəb Əmirliklərində inşa edilən və dünyanın ən böyük göydələni sayılan Bürc Xəlifənin rəsmi açılışı olmuşdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.