Tarixdə Bu Gün - 21 Yanvar

21 Ocak 2018
888
0
Tarixdə Bu Gün -  21 Yanvar
1775 — Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib.
1793 — Fransız kralı XVI Lui qilyotinlə edam edilib.
1920 — Parisdə Versal Sülh Konfransı başa çatıb.
1968 — Göyərtəsində 4 hidrogen bombası olan amerikan hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayır. Bombalardan biri indiyədək tapılmayıb.
1976 — Səsdən sürətli mülki təyyarə “Concorde”un kommersiya uçuşları başlayıb.
1977 — İtaliyada aborta rəsmi icazə verilib.
1990 — Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu “qeyri-qanuni yığıncaq” adlandırıblar. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.
1990 — Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar qətliamını pisləyib və hadisədə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu ittiham edib.
1992 — Azərbaycan Respublikası İsveçrə ilə diplomatik əlaqə qurmuşdur.
1992 — Azərbaycan Respublikası Lixtenşteyn ilə diplomatik əlaqə qurmuşdur.
1998 — Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə – Kubaya səfər edib.
2005 — İrlandiyada uzunluq vahidi kimi mil əvəzinə kilometrdən istifadə edilməyə başlanıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.