Tarixdə Bu Gün - 13 Fevral

13 Şubat 2018
1 073
0
Tarixdə Bu Gün - 13 Fevral
13 fevral: Fransanın ilk atom bombasının sınağı; Qvatemalada Rio Neqro qırğını.

1668 — İspaniya Portuqaliyanı müstəqil dövlət kimi tanıdı.

1739 — Nadir şah Əfşar Karnal döyüşündə moğol hökmdarı Məhəmməd şahı məğlub etdi.

1880 — Tomas Edison sonradan "Edison effekti" adını alan termoelektron emissiyası hadisəsini müşahidə etdi.

1960 — Fransa Əlcəzairin cənubundakı Tanezruft səhrasında özünün ilk atom bombasını sınaqdan keçirdi.

1971 — ABŞ ordusunun hava və artilleriya dəstəyi verdiyi Cənubi Vyetnam ordusu Laosu işğal etdi.

1984 — Yuri Andropovun vəfatından sonra Konstantin Çernenko Sov.İKP MK-nın baş katibi seçildi.

1988 — Stepanakertdə DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə ilk mitinq keçirildi.

2001 — Salvadorda 400-dən artıq insanın ölümü ilə nəticələnən Rixter şkalası üzrə 6,6 bal gücündə zəlzələ baş verdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.