Tarixdə Bu Gün - 13 Mart » Feat.Az Sekiller, Xeberler, Yazili

Tarixdə Bu Gün - 13 Mart

13 mart 2018
431
0
Tarixdə Bu Gün -  13 Mart
13 mart: Uran planetinin kəşf edilməsi, DTK-nın yaradılması
1639 — ABŞ-da Kembric kolleci Harvard adlandırıldı.
1781 — İngilis astronomu Uilyam Herşel (şəkildə) özünün düzəltdiyi teleskopla Günəş sisteminin yeddinci planetini — Uranı kəşf etdi.
1869 — Rus kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin qruplaşdırılmasını tamamladı.
1921 — Monqolustan Çindən ayrılaraq öz müstəqilliyini elan etdi.
1930 — ABŞ astronomu Klod Tombo Günəş sisteminin doqquzuncu planetini kəşf etdiyini elan etdi. Sonradan bu planet Pluton adını aldı.
1954 — SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yaradıldı.
1995 — Azərbaycan Respublikası və Syerra-Leone arasında diplomatik əlaqələr quruldu.
Şərh Yaz